Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Tanınmış vəkil Aslan İsmayılov barəsində cinayət işi başlanıb

Tanınmış vəkil Aslan İsmayılov barəsində cinayət işi başlanıb

Hüquqşünas Aslan İsmayılov barəsində cinayət işi başlanıb.

“Report”un xəbərinə görə, bu barədə A.İsmayılov özü məlumat yayıb.

Onun sözlərinə görə, Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xiliqanlıq) maddəsi ilə cinayət işi açılıb: “Bu dəqiqələrdə Binəqədi Rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi Rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …