Anar Gəraylı
Pərvanə Qurbanlının zorakılığa məruz qalması gündəm mövzusuna çevrilib. Sosial şəbəkələrdə insanlar Anarın bu hərəkətini şiddətlə qınayırlar. Eyni zamanda Qurbanlıya dəstək olduqlarını nümayiş etdirirlər.
Zorakılığa məruz qalan Pərvanə xanım hadisədən sonra sosial media hesabında bunları qeyd edib:
“Tanıdığım, tanımadığım dəstək verən hər kəsə çox təşəkkür edirəm. Tək olmadığımı bilmək mənə indiki halda, aldığım fiziki və mənəvi travmalardan sonra xeyli kömək etdi. Haqlı olaraq “niyə indiyə kimi dözmüsən” sualı verənlər var, olacaq. Bəzən asan olmur ailədən, sevgi kimi müqəddəs hissdən keçmək. Amma o da bir yerdə tükənə bilir. Əlimdən gələni etdim ona kömək etmək üçün, həkimə də göndərdim, hətta dəfələrlə normal insanlar kimi bitirməyi də təklif etmişəm. Hamısı faydasız oldu. Kəllə-beyin travması almışam, amma xəstəxanada deyiləm, evdəyəm. Narahat olmayın. Bir daha təşəkkür edirəm. Var olun!”
Məlumata görə, Anar Gəraylı törətdiyi hadisədən sonra məsuliyyətdən yaxa qurtara bilib. Belə ki, onu bu gün Bakının mərkəzi küçələrindən birində gəzərkən görüblər.
Minval.info Pərvanə Qurbanlının bu yaxınlarda və daha əvvəl həyat yoldaşının ona qarşı göstərdiyi fiziki zorakılığın izlərini özündə əks etdirən fotolar əldə edib.
Məsələni diqqətdə saxlayacağıq və hüquq müstəvisində olmaqla yanaşı, psixoloji tərəfini araşdıracağıq.
Həmin görüntüləri təqdim edirik: