Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Tale Heydərov “milyonerlər məhəlləsi”ndəki evinin sənədini itirdi — FOTO

Tale Heydərov “milyonerlər məhəlləsi”ndəki evinin sənədini itirdi — FOTO

Bakının “milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində “Qəbələ” idman klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus mənzilin xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi itib.

“Ölkə.Az”-ın məlumatına görə, T.Heydərov sözügedən sənədin etibarsız sayılması üçün “Xalq” qəzetinin bugünkü sayında elan yerləşdirib.

Elanda deyilir ki, 2005-ci il iyulun 20-də Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi (TİMHQİ) tərəfindən Heydərov Tale Kəmaləddin oğlunun adına verilmiş FM seriyalı 037080 nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Elanda itən sənədin qeydiyyat ünvanı kimi Bakı şəhəri, T.Əliyev küçəsi göstərilir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …