Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Tağı Əhmədovu daha hansı qurumlar “yükləyib”? – İDDİA

Tağı Əhmədovu daha hansı qurumlar “yükləyib”? – İDDİA

MTN-dəki mütəşəkkil cinayətkar dəstənin Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovu şantaj edərək, 3 milyonunu alması xəbəri ölkədə böyük rezonansa səbəb oldu.
Xatırladaq ki, ləğv olunmuş MTN-nin sabiq baş idarə rəisi Akif Çovdarovun cinayət işində Tağı Əhmədov zərərçəkənlərdən biri kimi tanınmasına rəğmən sosial şəbəkələrdə ciddi ictimai qınağa da məruz qalır. Buna səbəb isə sabiq rəisin 3 milyonu korrupsiya yolu ilə qazanmasına dair iddialardır.

Bu arada Gununsesi.info-ya Bakımetropoliteninin sabiq rəisi ilə bağlı daha bir sensasion xəbər daxil olub.
Xəbərə görə, Tağı Əhmədov Metropoliten rəisi olduğu zaman təkcə MTN tərəfindən “yüklənməyib”. “Yeraltı dünya”nın sahibi kimi ölkədə ad çıxaran Tağı Əhmədovu üzv olduğu hakim Yeni Azərbaycan Partiyası və hökumətin digər strukturları da xeyli xərcə salıb. Belə ki, YAP-in kifayyət qədər bahalı olan Yasamal
Təşkilatının inzibati binasının xərçini Tağı Əhmədova ödətdirildiyi bu xəbərlər sırasındadır.
Bundan başqa sabiq Metropoliten rəisi Yasamal rayonunda 3 dairə seçki komissiyası üçün inzibati bina inşa etdirib. 15 saylı Yasamal birinci, 16 sayli Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələrinin yeni binasını da Tağı Əhmədov inşa etdirib.

Həmçinin, Tağı Əhmədovun “yüklənməsi” bunlarla bitməyib. Xəbərə görə, hökumət Tağı Əhmədova Yasamal rayonundakı bir neçə orta-məktəb və poliklinkanın inşası xərclərini də ödətdirib.
Mənbəmiz bunu Tağı Əhmədovun həmin dövrdə Yasamal rayonunun qeyri-rəsmi kuratoru olmasıyla əsaslandırıb.
Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Tağı əhmədovla telefon əlaqəsi saxlayıb. Ancaq sualımızı eşidən sabiq rəis dərhal telefonun dəstəyini asıb.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın