Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Suriya türkmənləri kimdir?

Suriya türkmənləri kimdir?

Ərəb mənbələrinin məlumatına görə türkmənlər Suriya, İraq və İranda 11-ci əsrdən məskunlaşmış türkdilli xalqdır.

Onlar əsas etibarilə şimalda, Suriyanın Türkiyə ilə həmsərhəd Latakiya əyalətinin Türkmən dağları deyilən hissəsində, habelə Hələb, İdlib, Homs, Tartus və Dəməşq regionlarında kompakt şəkildə yaşayırlar.

Onların sayı barədə dəqiq məlumat olmasa da, 1,5 – 3,5 milyon nəfər olduqları təxmin edilir.

Suriyada Əsəd rejimi ərzində türkmənlərə öz dillərində qəzet-jurnal dərc etmək və yazmaq qadağan edilmişdi. Hökumət onları və başqa etnik qrupları milli azlıqlar kimi tanımırdı, əvəzində vahid ərəb xalqı siyasətini qabardırdı.

Bəşər əl-Əsədin qatı düşməni olan Türkiyə tərəfindən dəstəklənən türkmənlər 2011-ci ildə vətəndaş münaqişəsi başlanandan az sonra rejimə qarşı silaha sarılıblar.

Suriya türkmən partiyaları habelə, Qərb və Körfəz ölkələri tərəfindən dəstəklənən müxalif Milli Koalisiyaya bağlı Suriya Türkmən Məclisində birləşib.

Türkmənlər Türkiyə tərəfindən təlimləndirilən çoxsaylı qiyam qrupları yaradıblar. Bura həmçinin 2012-ci ildə yaradılmış Suriya Türkmən Briqadaları daxildir.

Image copyrightGetty
Image captionŞimali Latakiyanın kənd yerlərində müxtəlif qiyamçı qruplar əməliyyatlar həyata keçirir

Onların hərbi strukturu qeyri-nizamidir və türkmənlər şimali Suriyada bir neçə birləşməyə malikdirlər.

Onların Latakiya əyalətindəki Cəbal ət-Türkman Briqadası 2013-cü ildə yaradılıb və 12 silahlı birləşmədən ibarətdir.

Türkmənlərin İkinci Sahil Diviziyası 2015-ci ildə yaradılıb və Qərb tərəfindən dəstəklənən Azad Suriya Ordusuilə sıx bağlıdır.

Xəbərlərdə deyilir ki, briqadalar şimali Latakiyanın kənd yerlərində müxalifətin SAO, əl-Qaedaya bağlı Nüsra Cəbhəsi və Əhrar əş-Şəm islamçı qruplaşmaları ilə birlikdə işləyirlər.

Bu ərazi briqadalar və Rusiya tərəfindən hava zərbələri ilə dəstəklənən Suriya ordusu, İran qüvvələri və Livanın Hizbullah qruplaşması arasında döyüş meydanı olub.

Onların əsas rəqibləri Suriya ordusu və İslam Dövləti (İD) adlanan silahlı qrupdur.

Kürdyönlü briqada

Daha bir birləşmə – kürdyönlü Sultan Selim Briqadası qrupu əsasən Kobane şəhəri yaxınlığında yaşayan türkmənlərdən təşkil edilib.

Bu birləşmənin döyüşçüləri uzun müddət kürdlərin rəhbərliyi altında, qısaca YPG kimi tanınan Xalq Müdafiə Birləşmələrinə tərəfdar olmuş və oktyabrın 10-da kürdlərin rəhbərliyi altında ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri müxalifət koalsiyasına qoşulmuşlar.

Kürdyönlü türkmən döyüşçülər əvvəllər YPG-nin başçılığı altında İD-ə qarşı döyüşüblər. BBC

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın