Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Sumqayıtda  sökülən “Şərq Bazarı” ətrafında oyunlar – 66 sahibkarın dükanı tez-bazar söküldü, bəs  “Sumqayıt  Mall” niyə tikilmir?

Sumqayıtda  sökülən “Şərq Bazarı” ətrafında oyunlar – 66 sahibkarın dükanı tez-bazar söküldü, bəs  “Sumqayıt  Mall” niyə tikilmir?

 Zakir Fərəcov bazarkomla bacarmır?! 

Xatırladım ki,  bu ilin may ayında Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən  “Şərq Bazarı” 66 sahibkarın obyekti  daxil olmaqla söküldü.

Sumqayıt İcra hakimiyyəti vəd verdi ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək .Sumqayıt  icra hakimiyyəti rəsmən etiraf  etdi  ki, “Şərq Bazarı” ərazisində çalışan  66 sahibkarın hər birinin  dükanlarının qanuni mülkiyyət sənədləri mövcuddur ki, onların da hər biri  dükanları sökülənəndən sonra yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq  18 kvadrat metr yerlə təmin olunacaqlar. Bu söküntüdən xeyli maddi ziyana düşən sahibkarlar hal-hazırda indiki işsizlik,böhran dövründə  işsiz,çətin  maddi durumda  qalıblar və ümidlərini ərazidə tikilməsi vəd verilən  ticarət mərkəzinə,daha doğrusu orada fəaliyyətlərini davam etməyə bağlayıbıar.

Amma  icra hakimiyyətinin  verdiyi  vədlər vəd olaraq qalıb,belə ki,  söküntünün üstündən 7 aydan çox vaxt  keçməsinə baxmayaraq  deyilən ticarət mərkəzi nəinki tikilməyib,heç  onun tikintisinə başlanılmayıb da.

Halbuki ,icra hakimiyyəri 66 dükanı  tez bir zamanda,hətta malları belə yığmağa imkan vermədən tez-bazar qanunsuz olaraq sökdürdü .

Əlbəttə  abadlaşan şəhərə yamaq olan, başdan-ayağa antisanitariya mənbəyi olan,müasir standartlara cavab verməyən ,orta əsrləri xatırladan “Şərq Bazarı”nın Rəşid Babayevə aid olan hissələrinin  – yol kənarındakı  cırıq çadırlı ,üfunətli meyvə-tərəvəz bazarının və alış-veriş olan aparılan bir binasının sökülməsi Sumqayıtlıların ürəyincə oldu.Amma arada “qurunun oduna yaş da getdi”,abadlaşma bəhanəsi ilə sənədləri tam qaydasında olan 66 sahibkarın da dükanları söküldü.Amma bununla belə şəhərdə  66 sahibkar da  ərazidə,həmçinin şəhərdə aparılan abadlaşma işlərini  dəstəkləyirlər və dəstəklədilər də.

Xatırladaq ki, bazarkomla 66 sahibkar arasında baş verən “Şərq bazarı” ətrafındakı mübahisə uzun müddət-2011-ci ildən  bu iləcən davam etmişdi və bütün məhkəmələrdə sahibkarların qalib gəlməsinə baxmayaraq özünün sənədi qaydasında olmaya-olmaya Rəşid Babayev hər vəchlə hər bir sənədləri tam qaydasında olan 66 sahibkarın dükanlarını sökdürmək istəyirdi. 

 İndi də bütün ərazi yeni ticarət mərkəzi tikilməsi üçün tam sökülüb təmizlənib, təkcə Rəşid Babayevə məxsus bir binadan başqa.Qeyd edək ki, Rəşid Babayev hər vəchlə söküntüyə mane olmuş və icra başçısı Zakir Fərəcova qarşı getmiş və dirəniş göstərməkdə də davam edir.

Tikintinin başlanılmamasına bir səbəb də  elə Rəşid Babayevə məxsus inzibati bina göstərilir. Belə ki, keçmiş bazarkoma məxsus binanın biri demontaj olunub sökülsə də, “mehmanxana” kimi tanınan  üstündə “Azercell”in qəbuledici-ötürücü antenaları qurulan böyük bir  binanın söküntüsü dayanıb.

Düzdür, Rəşid Babayev  söküntünü dayandırmaq üçün məhkəməyə müraciət edib.

Ancaq  əgər məhkəməyə müraciət etmək söküntünün dayanmasına səbəb olsaydı,onda 66 sahibkarın dükanına heç yaxın durulmazdı.Çünki qanunla onların sökülmsi üçün  müvafiq məhkəmə qərarları olmalı idi. Amma məlumdur ki.belə bir sənəd olmayıb.Demək səbəb yazılan qanun yox ,yazılmayan qanun ola bilər.

Buradan sual olunur ki, bu binanın  sökməyə gücü çatmırdısa   niyə   icra başçısı tezkən 66 sahbkarın sənədli yerlərini sökdürdü.Əgər ərazi şəhərin gözəlliyinə xələl gətirirdisə indi yenə də zir-zibil içində boş, xarabalığı xatırladan  ərazi eynilə xələl gətirir.Bəs onda nə fərqi var?!Əgər tikilməyəcəkdirsə niyə  sökülürdü  66 dükan və bu qədər sahibkara da xeyli ziyan vuruldu?!

Deməli   icra hakimiyyətinin  Əmlak Komitəsindən verilən,”daşdan keçən” mülkiyyət sənədləri olan 66 sahibkarın(halbuki ölkə qanunlarına görə mülkiyyət hüququ,bəzi hallar istisna olmaqla toxunulmazdır) dükanlarını məhkəmə qərarı olmadan ,onlara heç bir kompensasiya verilmədən sökməyə gücü çatır,ancaq  deyilənə görə içki həvəskarı olan Rəşid Babayevə  gücü  çatmır.

Maraqlıdır ki,deyilənə görə binasının sökülməməsi üçün  müəyyən adamların köməyi ilə  o hətta Putinə, Dağıstanın keçmiş başçısı Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipova,Rusiyadakı ləzgi cəmiyyətlərinin birinə müraciət edib və bundan sonra   binasının  söküntüsü dayandırılıb.

Bildirilir ki,digər tərəfdən  ona  dəstəyi həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı , Sumqayıt şəhər icra başçısının müavini Akif Quliyev verir və o  Akif Quliyevə arxalanaraq müəyyən mənada  icra hakimiyyətinə qalib gəlib. Bir müddət əvvəl internet kanalların birinə  müsahibə verən Rəşid Babayev prezidentdən imdad istəyirdi ki, icra başçısı Zakir Fərəcovun  əməllərinə son qoyulsun. 66 sahibkar da Rəşid Babayevin açıqlamasını təkzib etmişdi və bir qrup ətrafındakı adamlarla   (katibəsi, baldızı, gecə gözətçisi, pulyığanı Ərəbxanla  və  başqaları ilə) Prezİdent Administrasiyasına  şikayətə gedib sahibkarların adından istifadə edən keçmiş bazarkoma kanal vasitəsilə etiraz etmişdi.  İndi  də  deyilənlərdən belə başa düşmək olar ki,deyəsən  artıq  vətəndaşı olduğu ,yaşadığı ölkənin məhkəmlərinin çıxardığı qərarları tanımaq istəməyən Rəşid Babayev  kömək üçün başqa ölkəyə  kömək  üçün müraciət edir ,oradakı havadarlarına  ümid edir.

Bundan başqa yayılan məlumata görə sökülən ərazidə   tikiləcək ” Sumqayıt  Mall” icra başçısına yaxın sahibkar tərəfindən tikiləcək.

https://www.youtube.com/watch?time_continue=8&v=eGjyfeSC4VA

Emin Əliyev,

Azinforum.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …