Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / SOS – Uşaq poliklinikasını üfunət basıb – Video

SOS – Uşaq poliklinikasını üfunət basıb – Video

Bu gün (06 yanvar 2018-ci il – red) öz övladlarını müayinə üçün Bakının Nərimanov rayonu ərazisində yerləşən 14 saylı uşaq poliklinikasına aparan valideynlər orada acınacaqlı antisanitariya vəziyyəti ilə üzləşiblər. Valideynlərdən birinin Azinforum.az-a göndərdiyi videomaterialdan görünür ki, poliklinikanın ayaqyolusunu çirkab bassa da, tibb müəsissəsi fəaliyyətini dayandırmayıb. Müayinə üçün gələnlər həmin üfunəti iyləyə-iyləyə dəhlizlərdə həkim növbəsi gözləməli olublar. Bizə verilən məlumata görə, poliklinikadakı bu vəziyyət axşam saatlarına qədər aradan qaldırılmayıb. Azinforum.az olaraq yaranmış vəziyyətə aydınlıq gətirmək üçün sözügedən poliklinika ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, ayaqyolunda kanalizasiya tutulub:  ” Hazırda su idarəsinin işçiləri problemi aradan qaldırmağa çalışırlar”.

https://youtu.be/Kq4khwdEO9o

Azinforum.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …