Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Söhrab Tahir kiminlə “Ləzginka” oynadı, kimi ələ saldı?- RUBRİKA

Söhrab Tahir kiminlə “Ləzginka” oynadı, kimi ələ saldı?- RUBRİKA

Moderator.az “Yada düşər xatirələr” rubrikasından növbəti yazını təqdim edir. Təqdim olunan hər iki xatirə mərhum Xalq şairi Söhrab Tahirlə bağlıdır:
Birinci xatirə: Məmməd Araza Bakıda beyin pərdəsinin iltihabı diaqnozu qoyulur. Müalicə üçün yaxın dostu Söhrab Tahirlə Moskvaya gedir. Söhrab Tahir hiss edir ki, Məmməd Araz öz səhhətinə görə çox narahatdır.
Məmməd Araz deyir:
Ən yaxın dostum sənsən, amma sən də mənim xəstəliyimin diaqnozuna inanmırsan. ?
– Mən bu diaqnoza inanmıram!
– Bəs onda nə üçün əllərim, ayaqlarım əsir?
Məmməd Arazın nigaranlıq dolu anları get-gedə artır. Nəhayət, Kreml xəstəxanasının həkimi Omanskinin müayinəsindən, sorğu-sualından,  analizlərin tədqiqindən sonra həkimlə şairin arasında belə bir dialoq yaranır:
– Sizə qoyulan bu diaqnoz düz deyil. Kim bunu sizə rəva görüb?
Söhrab Tahir Məmməd Arazı qabaqlayır:
–  Doktor, bəs bunun diaqnozu nədir?
– Mənim qəbuluma bu xəstəliyə baxmağa gəlibsiz. Mən də sizə bir mütəxəssis kimi deyirəm ki, bu xəstəlik onda yoxdur.
Söhrab Tahir sevindiyindən həkimi “Praqa” restoranına dəvət edir. Amma həkim qəbul etmir. Sonra hər iki dost sevindiklərindən xəstəxananın həyətinə düşərək “ləzginka” oynayırlar.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın