Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Şıxlinskilər: “İsveçrədə həlak olan Azər Yaqubov bizim qohum deyil”

Şıxlinskilər: “İsveçrədə həlak olan Azər Yaqubov bizim qohum deyil”

İsveçrədə biznesmen Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə birlikdə qəzada həlak olan Azər Yaqubov Rusiya hökumətində vəzifə tutan Sübhi Şıxlinskinin qohumu deyil. Bu barədə məşhur Şıxlinskilər nəslinin digər nümayəndəsi, məşhur radioaparıcı İradə Şıxlinskaya virtualaz.org-a məlumat verib. İrada Şıxlinskaya Sübhi Şıxlınskinin bacısıdır. Onun bildirdiyinə görə qəzada həlak olan gəncin bu ailə ilə qohumluq əlaqələri yoxdur.

*   *   *14:38

İsveçrdə 23 yaşlı azərbaycanlı gənc, Rusiya hökumətinin yüksək vəzifəli məmuru Sübhi Şıxlinskinin qohumu Azər Yaqubovla birlikdə qəzada həlak olan Diana Lebedeva vaxtilə Paris yaxınlığında qəzada həlak olan şahzadə Diananın adını özünə ləqəb seçibmiş.

Virtualaz.org xəbər verir ki, Mixail Xodorkovskinin ortağı olan və 10 ildən çox həbsdə yatan biznesmen Platon Lebedevin nəvəsi olan Diana Lebedevanın İnstagram psevdonimi “Ladydd11” (Ledi Diana) olub. İndi sosial şəbəkə iştirakçıları kədərlə qeyd edir ki, 19 yaşlı bu gözəl qız şahzadə Diananın taleyini təkrarladı.

İsveçrə KİV-lərinin xəbərlərinə görə qəza Luqano gölü sahilindən Cenevrəyə gedən dağ yolunda baş verib. Azər Yaqubovun idarə etdiyi elit krossrover (BMW X6) yolun kənarındakı dəmir baryeri sındıraraq gölə düşüb. Ehtimal olunur ki, qəzaya yüksək sürətlə yanaşı yolun buz bağlaması da səbəb olub və avtomobil idarəetmədən çıxıb.

“Baş sağlığı verirəm…ancaq akkauntu avtoqəzada həlak olan şahzadə Diananın adından götürmək!?!…dərk etmədən həmin finala doğru gedib”-İnstagram istifadəçilərindən biri Diana Lebedeva ilə bağlı yazır.

İstifadəçilər daha bir mistik detala diqqət çəkirlər: şahzadə Diananın 1997-ci ildə sevgilisi ilə birlikdə qəzada həlak olmasından düz 19 il keçmiş 19 yaşlı “Lady Diana” eyni ssenari ilə həlak oldu.

*   *   *13:40

Virtualaz.org xəbər verir ki, qəza zamanı Azər Yaqubovun idarə etdiyi BMW X6 avtmobili Luqano gölünə düşüb. Cəsədləri xilasedicilər gölün dibindən çıxarıblar. Daha sonra xüsusi texnika avtomobilin özünü də göldən çıxarıb. Qəzanın dəqiq səbəbi məlum deyil, ancaq ehtimal olunur ki, avtomobil yüksək sürətlə hərəkətdə olarkən gölə aşıb.

Bundan əvvəl life.ru qəzada həlak olan gəncin adını Eyyub Yaqubov kimi göstərmişdi və fotolarını yaymışdı. Lakin digər mənbələr göstərir ki, həmin fotolar həlak olan gəncin qardaşına aiddir. Qəzada həlak olan Azər Yaqubovdur. Onun İnstagram səhifəsindən götürülmüş fotosunu və qəzaya uğramış avtomobilin göldən çıxarılmasının görüntülərini təqdim edirik:

*   *   *13:13

Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub. 

virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.

Xəbərə görə gənclərin içərisində olduğu avtomobil Luqana gölünə düşüb, avtomobili bir neçə saatdan sonra tapmaq mümkün olub. Artıq Yaqubovun qohumları cəsədin tanınması proseduranda iştirak etmək üçün İsveçrəyə yola düşüblər. Valideyinlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı v magistraturanın birinci kursunda oxuyurdu. Atasını dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana Lebedeva ilə dostluq münasibətlərinin olduğu bildirilir. Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.

virtualaz.org qeyd edir ki, Platon Lebedevin 19 yaşlı nəvəsi Diana Lebedeva Moskvanın “qızıl gəncliyinə” daxil idi və özünün dəbdəbəli həyat tərzi ilə tanınırdı. Sosial şəbəkələrdə onun dəbdəbəli həyat tərzini əks etdirən çoxsaylı fotolar yer alır.

Diana ilə birlikdə qəzada həlak olan azərbaycanlı məmur oğlunun isə Luqanodakı Amerika məktəbi TASİS-də təhsil aldığı göstərilir. Bəzi mənbələr onun Azər Yaqubov yox, Eyyub Yaqubov olduğunu bildirir. Atası deyir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün əvvəl danışmışdı və hər şey normal idi. Qəza zamanı avtomobili Yaqubovun idarə etdiyi bildirilir.

Qəzada həlak olan azərbaycanlı gəncin qohumu olan Sübhi Şıxlinski bu yaxınlarda Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən “Vətənə xidmət” ordeni ilə təltif olunub. O, 1964-cü ildə indiki Şəmkir rayonunda anadan olub, Moskva Dövlət Universitetini bitirib və uzun müddətdir Rusiyada dövlət vəzifələrində işləyir.

O, Rusiya hökumətinin Federasiya işləri üzrə nazirinin müavininin müşaviri, milli siyasət nazirinin Katibliyinin rəhbəri, Rusiya hökuməti Aparatının şöbə müdiri və digər vəzifələrdə işləyib. İstisna deyil ki, o, Rusiyadakı azərbaycanlı diasporunun liderlərindən Şahin Şıxlinskinin qohumudur və məşhur Şıxlinskilər nəslindəndir.

Qeyd edək ki, Platon Lebedev 2003-cü ildə Mixail Xodorkovski ilə birlikdə həbs olunub. Ona qarşı iri məbləğdə vergidən yayınma ittihamı irəli sürülmüşdü. Lebedev 10 il yarım həbsdə qaldıqdan sonra 2014-cü ildə azadlığa çıxıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın