Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Şirvan Gömrük İdarəsinin rəisi “paket”ə işləyir?

Şirvan Gömrük İdarəsinin rəisi “paket”ə işləyir?

Rəşid Zalov ayda 15 min manat aldığını deyir, sözügedən şəxsin qanunsuz hərəkətlər üzündən DGK-nın beynəlxalq məhkəmələrə verildiyi deyilir

Şirvan Gömrük İdarəsinin rəisi Rəşid Zalovun hər ay “paket” aldığı deyilir. JAM.AZ-a verilən məlumata görə, idarə rəisi heç bir iş görməsə belə ayda 15 min manat alaraq, yalnız sənədlərə qol çəkməklə məşğul olur.

Məlumatda deyilir ki, xaricdən gətirilən malların yoxlanılması, gömrük qeydiyyatından keçirilməsinə nəzarət edən idarənin rəisi ona gələn təlimatları icra etdiyini, “rüsum”ların yuxarılar tərəfindən müəyyən edildiyini, aldığı pulun da onlara çatdığını gizlətmir.

JAM.AZ-a verilən məlumatda iddia olunur ki, ayda 15 min manat “paket” alan Zalov bu vəsitlə özünə böyük işlər qurub. Belə ki, onun Şirvan və Bakıda bir neçə retoranı, şadlıq evi və digər obyektərinin olduğu deyilir. Bildirilir ki, Şirvan Gömrük İdarəsinin rəisi həmçinin bir sıra qyeri-qanuni hərəkətlərə də yol verib. Ki, onlardan biri də, tranzit mallar daşıyan maşınların bir neçə gün gömrüyün həyətində saxlamasıdır.

Məlumatlarda iddia olunur ki, tranzit yüklərin saxlanılması, açılaraq yoxlanılması və bir neçə gün saxlanılması qanunla qadağan edilir. Amma Rəşid Zalov üçün bunların heç bir əhəmiyyəti yoxdur. JAM.AZ-ın əldə etdiyi məlumatlarda vurğulanır ki, Zalovun bu hərəkəti üzündən bir neçə dəfə tranzit daşınan tezxarab olan məhsullar zay olub. Həmin şirkətlər isə kompensasiya tələbi ilə beynəlxalq məhkəmələrə üz tutaraq, dəymiş zərərin ödənilməsini və kompensasiya tələb edirlər. Bunun isə Dövlət Gömrük Komitəsinə hansı məblğə başa gələcəyi məlum deyil.

Araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın