Ana səhifə / Gündəm / Şimal zonasındakı meşələr belə məhv edilir – Jurnalist həyəcan təbili çaldı+Fotolar

Şimal zonasındakı meşələr belə məhv edilir – Jurnalist həyəcan təbili çaldı+Fotolar

Azərbaycanın Şimal zonasında yaşayan tanınmış jurnalist Cəmil Məmmədli son vaxtlar həmin regiondakı meşələrin məhv edilməsi ilə bağlı silsilə faktlarla ictimaiyyəti tanış edir. Jurnlaist bildirir ki, bir neçə vaxtdır ki, şimaldakı meşlərin kütləvi qırılıb qurtarmasına qarşı mübarizə aparır: ” Əslində bunun böyük səbəbi var, ancaq indi o böyük araşdırmanın ardıyca düşüb, bütün günü məlumat toplamaqla məşğul olduğumuz üçün çox şeyləri indidən açıqlaya bilmirik”.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli və mərkəzi orqanları onlara qarşı əks hücuma keçib: “Səbəb sadədir. Nazir yenidir və hər kəs öz yerində qalmaq üçün mübarizə aparır, biz isə tam bu vaxtı ortaya çıxmışıq ki, meşələr qırılır”.
Jurnalist bildiirb ki, nazirliklə münasibətləri olduğuna görə onlara dəfələrlə güzəşt gediblər: “Hansı meşəyə girib, nəyi tapırsan, nəyi hardan eşələyib çıxarırsan, birdən elə bir dost səni axtarır ki, özün çaşıb qalırsan. Hardan bildilər ki, münasibətimiz var, hardan bildilər ki, bu qardaşın sözündən keçməzsən?
Bu dəfə bu ağıl sahiblərinə izah eləmək istəyirik ki, biz susduqca, sizinlə cinayətə şərik olmuş oluruq. Susmamağımız ondandır. Maraqlıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hansı meşənin hansı dolayında ağac kəsildiyini çəkib göndərirlərsə, səhərisi gün eyni kötükdə “möhürü” gözümüzə söxurlar. Guya biz düz görməmişik, düz çəkməmişik. Buna görə də, bundan sonra meşələrin ünvanını dəqiq göstərmədən, ağacların vəziyyətini göstərəcəyik. Doğru bir nümayəndə göndərsinlər, yerində göstərək. Yoxsa bizə fırıldaq gəlmək lazım deyil”.
Jurnalist daha sonra ETSN-ə müraciət edir: “Əgər siz bu soyqırımda maraqlı deyilsinizsə, necə olur ki, bizim burdakılardan gizli sizə verdiyimiz şəkil və videolardakı yerlərdə sonradan möhür peyda olur? Ya da necə olur ki, hamısı möhürlüdür deyib keçirlər, ancaq aktlara baxmırlar ki, görək, kəsdikləri ilə, yazdıqları eyni gəlir?
Bir də, bu vaxta qədər meşə əkmək adı ilə silinən pullar hara gedib ki, bu qədər əkiblərsə, meşə necə azala bilir? Suallar çoxdur, bəzilərinin cavablarını bilmədiyimiz üçün hələlik araşdırmamız davam edir…”.
Jurnalist daha sonra Quba, Qusar, Xaçmaz meşələrindəki soyqırımla bağlı xeyli yeni fotolar paylaşıb.
Azinforum.az həmin şəkillərdən bir neçəsini təqdim edir:
Azinforum.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …