Ana səhifə / Gündəm / Sevgilisi ilə qaçmaqda ittiham olunan gəlinlə bağlı – Şok detallar

Sevgilisi ilə qaçmaqda ittiham olunan gəlinlə bağlı – Şok detallar

Dünən 27 yaşlı gəlinin azyaşlı körpəsi ilə Türkiyəyə sevgilisinin yanına qaçması barədə yayılan xəbərə Nərgiz Əliyevanın hüquqlarını müdafiə edən şəxs aydınlıq gətirib. “Qafqazinfo”ya müraciət edən qanuni nümayəndəsi Şaban Kərimov bildirib ki, Nərgiz Türkiyəyə sevgilisinin yanına yox, uşağını müalicə etdirmək məqsədi ilə gedib:

“Nərgizin əri Fərəc Qasımov illərdir heç bir yerdə işləmir. Evin bütün yükü Nərgizin üstündə idi. Ehtiyatsızlığa görə övladları 2 yaşlı Ruhangizin üzü və sinəsi yanmışdı və vaxt ötdükcə uşağın vəziyyəti pisləşirdi, nəfəs almaqda çətinlik çəkirdi. Təcili müalicə olunması lazım idi. Nərgizin qazandığı pul ailənin maddi ehtiyaclarına xərcləndiyi üçün körpəni əməliyyat etdirməyə imkan olmayıb. Onun evə gətirdiyi bütün pulu yoldaşı əlindən alıb xərcləyirdi. Hətta evdəki qızdırıcı sobanı da sataraq Nərgizlə körpəsini neçə gün soyuq evdə saxlayıb. Uşağın vəziyyəti pisləşdiyi üçün yoldaşı məcbur qalıb anasının, Nərgizin və körpənin Türkiyəyə müalicəyə getməsinə razılıq ərizəsi verib. Qərara alırlar ki, gələcəkdə kredit götürüb uşağı müalicəyə göndərəcəklər. Bir müddət sonra qayınanası Türkiyəyə onlarla getməkdən imtina edib. Nərgiz gizli getmək qərarına gəlib və müalicə pulunu yığmaq üçün işdən sonra türk dərman firmalarından birində çalışmağa başlayıb. Əri hər dəfə qazandığı pulu əlindən aldığı üçün firmada tanış olduğu Xədicə adlı qadından əmək haqqısını yığmağı xahiş edib. Türkiyəyə yola düşərkən dayısı Yusifin yanına gedərək Fərəcin ona işgəncələr verdiyini, əgər uşağını müalicə etdirə bilməsə, intihar edəcəyini deyib”.

Nərgizin qızı Ruhəngizin Konya xəstəxanasında müayinədən keçdiyinin sübüt edən sənəd

Şaban Kərimov bildirib ki, dayısı Nərgizi Türkiyəyə dostunun yanına yola salıb, daha sonra özü də onun arxasınca gedib:

“Nərgiz intihar edəcəyini dediyi üçün dayısı onu Konya şəhərində dostu Vedat adlı şəxsin yanına yola salıb. Özü də işlərini həll etdikdən sonra Nərgizin arxasınca Konyaya gedib. Orada çəkdirdikləri şəkil də buna sübutdur. Uşaq müayinə olunduqdan sonra birlikdə ölkəmizə qayıdıblar. Sadəcə olaraq, hər hansı bir problemin yaranacağından qorxan Nərgiz dayısından heç kimə bir söz deməməsini istəyib. Başına gələnləri danışdıqdan sonra dayısı da razı olub. Onsuz da anası ilə atası xəstə adamlardır, eşitsə, narahat olacaqdı. Qərara gəliblər ki, qız bir də o evə qayıtmasın, bundan sonra da ata evində yaşasın”.


Ş. Kərimovun sözlərinə görə, Nərgizin sevgilisi olduğu iddia edilən Dəniz Əmrə əslində Xədicənin işlətdiyi feysbuk hesabı olub:

“Bayaq dediyim kimi, onun pulunu türk firmasında tanış olduğu Xədicə adlı qadın saxlayıb. Türkiyəyə getmək qərarı alanda ondan pulunu geri istəyib. Xədicə feysbuka onunla Dəniz Əmrə adı ilə yazışıb. Bu şəxs Nərgizin sevgilisi, ya da başqa biri deyil. Həmin xanım pulu göndərib və bunlar müalicə üçün Türkiyəyə gedib. Həkim müayinələrinin sənədləri də var, hər şey açıq-aydın göstərilib”.

Nümayəndə onu da qeyd edib ki, Nərgizi xəyanətdə ittiham edən əri Fərəc Qasımovun özü dəfələrlə həyat yoldaşını aldadıb:

“Onun qadınlarla yazışmaları bizim əlimizdədir. Eyni şeyi indi Nərgiz üçün deyir. Nərgiz müəllimədir, dindar qadındır və məktəbdə hamı onu çox yaxşı tanıyır. Hazırda ata evindədir, hər gün dərsə gedib-gəlir. Bu kimi yalan informasiyalarla qızın adına ləkə yaxmağa çalışırlar. Hazırda biz sənədləri hazırlayırıq, məhkəməyə müraciət edəcəyik”.

Qeyd edək ki, sözügedən yazışmaları Şaban Kərimov redaksiyamıza göndərsə də, şəxsi yazışmaları yaymağın qeyri-etik olduğunu nəzərə alıb oxuculara təqdim etmirik.

Günel Hacı

Sevgilisi ilə qaçmaqda ittiham olunan gəlinlə bağlı -  Şok detallar
Sevgilisi ilə qaçmaqda ittiham olunan gəlinlə bağlı -  Şok detallar
Sevgilisi ilə qaçmaqda ittiham olunan gəlinlə bağlı -  Şok detallar
Sevgilisi ilə qaçmaqda ittiham olunan gəlinlə bağlı -  Şok detallar
Sevgilisi ilə qaçmaqda ittiham olunan gəlinlə bağlı -  Şok detallar

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın