Sosial şəbəkələrdə öz satirik şeirləri ilə tanınan Tofiq Həsənli oktyabrın 12-i axşamdan yoxa çıxıb.
T.Həsənlinin anası özünün video-müraciətində bildirib ki, onu məhz satirasına görə oğurlayıblar: “O, ətrafında gördüyü hər şeyi şerə çevirirdi”.
Şahidlərin sözlərinə görə, satirik saat 21:00-a yaxın Qala qəsəbəsində mağazaya girərkən naməlum şəxslər onu maşına əyləşdirərək aparıblar.
Tofiq Həsənli
“Turan” agentliyinin sorğusuna cavab olaraq DİN-dən bildirilib ki, T.Həsənlinin oğurlanması barədə onlara məlumat daxil olmayıb. “Ailə üzvləri polisə müraciət etməli və ya 102 saylı nömrəyə zəng etməlidirlər” – DİN mətbuat xidmətindən qeyd olunub.
Xatırladaq ki, T.Həsənli öz şerlərində radikal dindarları, dövlət məmurlarını kəskin tənqid edir.
mia.az