Ana səhifə / Gündəm / “Salam Aleykum” restoranının sahibi kimə güvənir? – “Porsche”, “BMW X5” “Galandewagen”lə törədilən qəzalar

“Salam Aleykum” restoranının sahibi kimə güvənir? – “Porsche”, “BMW X5” “Galandewagen”lə törədilən qəzalar

Məmur balalarının, imkanlı şəxslərin gecə yarışları barədə çox deyilir. Hətta paytaxtın məlum yerləri var ki, orada “avtoş”lar cəm olaraq min hoqqadan çıxırlar. Təəssüflər olsun ki, bəzən belə yarışlar avtoqəzalarla, ölüm halları ilə nəticələnir. Bir müddət öncə Xəzər Dəniz Gəmiçilik İdarəsinin sabiq rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov xalq artisti Ağasəlim Abdullayevin ailəsinə faciə yaşatdı. Amma Xalid Mədətov 12 il həbsin yalnız 3 ilini çəkdi. Yəni, bu kimi nümunələr digər vəzifəli, imkanlı şəxslərə əlavə şans verir ki, istədiklərini etsinlər. Kivnews.com xəbər verir ki, elə bu günlərdə “Salam Aleykum” restoranının sahibi 1982-ci il təvəllüdlü Şənlik Şükürovun atdığı xoşagəlməz addım ciddi qınaq obyektinə tuş gəldi. Belə ki, Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi “BMW X5” markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpıldı. Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirildi. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Neftçilər prospektində “Range Rover” markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib. Zərbə o qədər güclü olub ki, avtomobil bir neçə hissəyə parçalanıb.

Bəli, Şənlik Şükürovun da, “Porsche” ilə qəza törədərək 28 yaşlı bir şəxsin ölümünə səbəb olmuş biznesmen oğlu Ağaəli Fərəcovun da bir günahı var – imkanlı olmaları. Sanki onlar adam da öldürə bilər, kimlərəsə bədən xəsarəti də yetirə bilərlər. Elə düşünürlər ki, pulları var deyə nə istəsələr edə bilərlər. Amma belə deyil. Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları belə məqamlara ciddi yanaşırlar. Ümid edirik, istər Ağaəli Fərəcov olsun, istər Şənlik Şükürov olsun onlar qanunun tələbinə uyğun şəkildə cəzalandırılacaqlar. Əks halda digər imkanlı şəxslərin qarşısını almaq mümkün olmayacaq.

dia.az


“Salam Aleykum” restoranının sahibi kimə güvənir?
“Salam Aleykum” restoranının sahibi kimə güvənir?
“Salam Aleykum” restoranının sahibi kimə güvənir?

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın