Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Şahmar Hüseynovun koronavirus alveri… – NARAZILIQ…

Şahmar Hüseynovun koronavirus alveri… – NARAZILIQ…

Nefçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkələrdə Neft Daşları və Neft Qaz Çıxarma İdarəsində (NQÇİ) çalışan fəhlənin ona ünvanladığı məktubu paylaşıb.

Məktubda bildirilir ki, pandemiya və sərt karantin dönəmində Neft Daşları və NQÇİ-də işçilər ara məsafəsi saxlanılmadan və maskadan istifadə etmədən çalışır. Həmçinin işçilərə virusdan qoruyucu ləvazimat və dezinfeksiyaedici məhlullar verilmir. Bundan baqşa, 100 qramlıq spirtin neft daşlarında çalışan fəhlələrə 22 manata satıldığı iddiası var. Məktubda “İşçilər ara məsafəsi saxlamadan və maskadan istifadə etmədən işə gətirilir. Artıq 16 gündür ki, dənizdəyəm. Hələ heç bir işçiyə maska və dezinfeksiyaedici məhlul verilməyib. Siz bu məsələni qaldıran kimi Qoçəli dərhal tapşırdı ki, işçilər deyil, mədən şöbə rəisləri maska alıb gətirsin və fəhlələrə versin. Onlar da nə alır, nə də verir. Sahildən spirt gətirməyə icazə vermirlər. Özümüzü qorumaq üçün 100 qramlıq spirti bizə 22 manata satırlar. Bəzi həqiqətlər var ki, onları yoxlayan yoxdur. Bizim idarənin rəisi karantində bir gün belə olubmu, qalıbmı? Oradakı acınacaqlı vəziyyəti görübmü?”.- deyə bildirilir.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …