Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Şahdağ Milli Parkındakı yanğın qəsdən törədilib

Şahdağ Milli Parkındakı yanğın qəsdən törədilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dünən Şahdağ Milli Parkında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Virtualaz.org ETSN-nin mətbuat xidmətinə istinadən bildirir ki, dünən gecə saat 24 radələrində Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində 26 noyabr tarixində səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.

Məlumatda bildirilir ki, yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib.

Qeyd edək ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.

*   *   *11:15

Şahdağ Milli Qoruğunda yanğın olub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Quba rayonu, Suxtəkələ kəndində (rayon mərkəzindən 35 km aralı) Şahdağ Milli Qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 0,5 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa Quba rayonu, Tüləkəran kəndində Şahdağ Milli Qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 20 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın