Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Sabunçu qiyamının liderləri: “Biz agent və radikal deyilik”

Sabunçu qiyamının liderləri: “Biz agent və radikal deyilik”

Noyabrın 6-na keçən gecə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) binası qarşısında etiraz aksiyası keçirən Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri ölkə ictimaiyyətinə, Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi, hüquq müdafiə təşkilatlarına və diplomatik korpuslara müraciət ünvanlayıb.

Virtualaz.org saytının xəbərinə görə, müraciətdə vurğulanır ki, MBH qanuni fəaliyyət göstərən və zorakı olmayan təşkilatdır.

“Biz öz əsasnaməmizi və başqa bütün sənədlərimizi məhz Azərbaycan qanunvericiliyi çərçivəsində hazırlamışıq, qeydiyyat üçün də müvafiq dövlət strukturuna təqdim etmişik. Öz əməli fəaliyyətimizdə də qanunun aliliyinə sadiqik və bu yoldan bütün təxribatlara baxmayaraq dönmək fikrimiz yoxdur.

Biz qeyri-leqal, zorakı təşkilat deyilik, məqsədlərimiz sırasında əsla insansevərlikdən, qanunçuluqdan, ədalətdən kənar nə isə yoxdur.

Bizi naharat edən ölkədəki nizamsızlıq, vətəndaşların hüquq və azadlığına hörmət bəslənilməməsi, insanların siyasi səbəbdən diskriminasiyaya məruz qalmasıdır. Ölkə konstitusiyası bizə hüquq verib ki, neqativ, qanunsuz hallara qarşı tənqidlərimizi səsləndirək, vətəndaşlara qarşı saymazyana münasibət göstərən məmurlara məsuliyyətlətini xatırladaq” – deyə qurum bəyan edib.

Müraciətdə həmçinin təşkilatın müəyyən xarici qüvvələrə bağlılığı ilə əlaqədar iddialara münasibət də yer alıb. Belə ki, MBH-nin bəyanatına görə, bu təşkilatın heç bir xarici bağlılığı yoxdur: “Bütün çalışmalarımız, istəklərimiz daha yaxşı Azərbaycan, haqq-ədalətin bərqərar olduğu, qanunlara hörmət bəsləndiyi cəmiyyət görmək üçündür”.

MBH insan hüquq və azadlıqları üçün çalışan təşkilatlarla əməkdaşlığa hazır olduğunu bəyan edir: “Biz marginal, qapalı və radikal qurum deyilik, ölkəmizin taleyi ilə bağlı istənilən dialoqa, müzakirəyə hazırıq. Tam əminliklə bildiririk ki, zorakılıq heç bir problemdən çıxış yolu ola bilməz”.

Xatırladaq ki, MBH üzvləri noyabrın 5-də axşam saatlarında qurumun sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz əlaməti olaraq Sabunçu RPİ-nin binası qarşısına toplaşaraq aksiya keçirmişdi. Polis aksiyanı dağıtmış, qanunun tələblərinə məhəl qoymayan bir neçə nəfəri saxlamışdı.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın