Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Sabiq MTN generallarına məxsus torpaqlar satışa çıxarıldı – Dərə xəlvət…

Sabiq MTN generallarına məxsus torpaqlar satışa çıxarıldı – Dərə xəlvət…

Məqsəd həm pul qazanmaq, həm də əməkdaşlıq faktını ortadan qaldırmaqdır…

Sabiq MTN generallarına məxsus hektarlarla torpaq sahəsi bələdiyyə və icra başçıları tərəfindən gizli satışa çıxarılıb.
Bu barədəModerator.az – ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, adıçəkilən qurumlar bu torpaqları satmaqla eyni vaxtda iki müxtəlif məqsədə nail olmaq istəyir. Onlar bununla ilk növbədə sabiq MTN generalları ilə əlaqələrini isbatlayan faktları ortadan qaldırmağa çalışırlar. Çünki həm bələdiyyə sədri, həm də icra başçıları yaxşı bilirlər ki, onların keçmiş MTN yetkililərinə hektarlarla torpaq sahələri ayırması ilk növbədə elə onların özləri üçün məsuliyyət yaradır. Çünki bu torpaqlar MTN generallarına heç bri qanuni əsas olmadan peşkəş edilib. Belə ki, hətta bəzi icra başçıları və bələdiyyə sədrləri MTN generallarının rəğbətini qazanmaq, onlarla dostluq münasibəti qurmaq üçün mundirli talançılara tələb etdikərinin ikiqatı mislində torpaq sahələri bağışlayıb. Odur ki, icra başçıları və bələdiyyələr “MTN işi” ilə bağlı istintaqın davam etdiyi bir zamanda o dövrün “dostluq və qardaşlıq dönəmi”nə məxsus “izlər”in ortadan qaldılılmasını zəruri hesab edir…
Bu torpaqların satışa çıxarılmasında digər bir məqsəd isə külli miqdarda vəsait əldə etməkdir. Belə ki, vaxtilə MTN generallarına icra başçıları və bələdiyyə sədrləri istər relyefinə, istərsə də magistral yol kənarlarına yaxınlığına görə ən yaxşı, ən baxımlı torpaq sahələrini verib ki, həmin torpaqların qiyməti digər torpaqlarla müqayisədə dəfələrlə bahadır.
Mənbənin məlumatına görə, sadəcə həbs edilən deyil, azadlıqdakı bəzi generalların da torpaq sahələri icra başçıları və bələdiyyələr tərəfindən mənimsənilməkdədir. Bilgili qaynağın sözlərinə görə, “nə olar, nə olmaz” prinsipinə əsasən özlərini gələcəkdə mümkün təhlükələrdən sığortalamaq üçün həmin generallara əl altdan ismarış göndərən bələdiyyə sədrləri və icra başçıları, atdıqları addımları “yuxarıların təzyiqi” ilə əsaslandırır. Onlar sabiq generalları inandırmağa çalışırlar ki, bu torpaqların satılması “yuxarılar”ın diktəsi ilə həyata keçirilir və əldə edilən gəlir də məhz “yuxarılara” gedir…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın