Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Şəmkirin icra başçısının xanım müavini saxtakarlıqda ittiham olunur – Şikayət

Şəmkirin icra başçısının xanım müavini saxtakarlıqda ittiham olunur – Şikayət

Şəmkir rayon icra başçısının yeni təyin olunmuş gənc xanım müavininə qarşı kəskin ittihamlar səsləndirilir. Azinforum.az xeberci.tv-yə istinadən xəbər verir ki,  Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyevanın “Əməkdar müəllim” fəxri adını almasında qanunvericiliyin tələbləri pozulub: ” Ə.Cavad adına orta məktəbdə biologiya müəllimi işləyən Əliyeva Sona Sakit qızına müəllimlərin respublika müsabiqəsində laureat adı verilib. Sona Əliyevanın müəllimlik stajı doqquz il olmasına baxmayaraq, ona müəllim işlədiyi 6-cı ildə “Əməkdar müəllim” fəxri adı verilib. Təhsil şöbəsinin müdiri Məcid Şıxlinskinin  Sona xanıma verilən “laureat” adında xüsusilə maraqlı olduğu deyilir. Təbiidir ki, marağı olmasaydı bu cür saxtakarlığa getməzdi. Sona Əliyevanın cəmi doqquz il pedaqoji stajı var. O, bu doqquz ildə həm də ailə quraraq üç uşaq anası olub və 3 il analıq məzuniyyətində olub”.

Daha sonra məktubda deyilir ki, çox “məhsuldar”” işləyən Sona Əliyeva daha yüksək kürsülərə irəliləyib: “Şəmkir rayonunda bu yüksək adlara, həqiqətən, layiq ola biləcək zəhmətkeş, pedaqoji stajı tam olan müəllimlər ordusu var. Axı biz bilirik ki, “Əməkdar müəllim” fəxri adı ola bilmək üçün iyirmi il işləmək lazımdır. Bir belə saxtakarlıqdan sonra Sona Əliyeva Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veyisov tərəfindən İcra Başçısının müavini vəzifəsinə gətirilib”.

Qeyd edək ki, «Azərbaycan Respublikasının Fəxri adları haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanına görə, «Əməkdar müəllim» fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, ilk-peşə ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə və təhsil sisteminin digər işçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.

Yazıda adları çəkilən şəxsləri də dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın