Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Səhiyyə naziri məzuniyyətdə… – Kadr və Elm-təhsil şöbəsində dərəbəylik

Səhiyyə naziri məzuniyyətdə… – Kadr və Elm-təhsil şöbəsində dərəbəylik

Son vaxtlar səhiyyə sistemində aparılan islahatlar təqdirəlayiqdir. Görülən bütün müsbət işlər Mehriban xanım Əliyevanın zəhməti sayəsində başa gəlmişdir desək, yanılmarıq.

Lakin hər sahədə olduğu kimi, bu sahədə də özünü “padşah” hesab edənlər qanunun aliliyi prinsipini pozur, “burda mənəm, Bağdadda kor xəlifə” düşüncəsi ilə hökmranlıq edirlər. Səhiyyə Nazirliyinin Kadr və Elm-təhsil şöbəsində gözümüzün şahidi olduğu bir çox qanunsuzluqlar bunu bizə deməyə əsas verir. Belə ki, həkimlərin işə qəbulu mexanizmi uzaqdan şəffaf görünsə də, bu sahəyə rəhbərlik edənlər ciddi qanun pozuntuları ilə çirkin əməllərini həyata keçirməkdədir. Rayonlarda, “tülki xəlvət” yolla bir yana, Bakı şəhəri üzrə apardığımız jurnalist araşdırmamız bunu deməyə əsas verir.
Elə bu baxımdan cənab nazirin məzuniyyətdə olması hazırki durumda bu saxtakarların əl-qolunu daha çox açmışdır. Araşdırmalarımız zamanı müəyyən olunmuşdur ki, həkimlərlə bağlı verilən vakansiyalar yalnız nazirlikdən xüsusi tapşırıqlar gəldikdən sonra şəhər xəstəxanalarına və poliklinikalara verilir. Bu işə xüsusi nəzarət edən bəzi qüvvələr Bakı ətrafında 1 neçə yer ayırmaqla hippokratçıların gözündən pərdə asırlar. Şəhər xəstəxanalarına və ya poliklinikalara isə “xüsusi halda” razılaşdırılmış qaydada rezdirentura və ya digər şəkildə qəbul etdirirlər. Bu barədə nazilrikdə Kadr və Elm-təhsil şöbəsinin rəisi kimi işləyən Kəmalə Mehdiyeva “Mən burda heç kiməm, məndən böyüklər var” deməsi bu şöbənin “iflic” vəziyyətdə olmasından xəbər verir.
Rubrika.Az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …