Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Şəhid general Məhəmməd Əsədovun şəhid telejurnalist Alı Mustafayevə son açıqlaması – FOTO+VIDEO

Şəhid general Məhəmməd Əsədovun şəhid telejurnalist Alı Mustafayevə son açıqlaması – FOTO+VIDEO

İki gün sonra 24-cü ildömünü yaşayacağımız Azərbaycanın  milli dövlətçilik elita nümayəndələrinin və ziyalılarının məhvi ilə nəticələnmiş Qarakənd vertolyot faciəsi barədə araşdırma apararkən maraqlı bir telekadra rast gəldik. Elə həmin faciədə həlak olmasından sonra Milli Qəhrəman adı almış qeyri-adi telejurnalist  və şair Alı Mustafayevin eyni erməni terrorunun qurbanı olmuş sabiq daxili işlər naziri və dövlət müşaviri, şəhid general Məhəmməd Əsədovdan bəlkə də axırıncı müsahibəsindən bir parça…  Və o da maraqlıdır ki, həmin müsahibə 20 Noyabr faciəsinin digər qurbanı Prezident Aparatının mətbuat xidmətinin sabiq rəhbəri,  gözəl ziyalı, jurnalist Osman Mirzəyevin qızı və atasının yolunu davam etdirən Sevinc Osmanqızının ANS-də efirə getmiş “Sülh Missiyası” adlı sənədli filmində təqdim edilir.

Müsahibə  hər iki həmsöhbətin həlak olacağı müdhiş faciədən az əvvəl -1991-ci ilin payızında İcevanda  Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü zamanı aparılıb. Qeyd edək ki, həmin ərəfədə Azərbaycan hökumətinin  keçmiş sovet ordusunun dəstəyi  ilə keçirdiyi  “Həlqə” əməliyyatı nəticəsində Dağlıq Qarabağ və ətraf bölgələrdəki erməni terrorçu dəstələrinin demək olar ki, böyük əksəriyyəti tərksilah edilmişdi. Bu əməliyyatın da əsas təşkilatçı və icraçılarından biri  məhz rəhmətlik Məhəmməd Əsədov olub…  Şəhid generalın sözügedən açıqlamasını olduğu kimi nəzərinizə çatdırırıq:

“- Məhəmməd müəllim,  bu gün Azərbaycan nümayəndə heyətinin təkliflərinə Ermənistan nümayəndə heyətinin reaksiyası necədir? Onlar anlaşma üçün hər hansı bir addım atırlarmı? 

– Burda bir məsələ  var. Bunu biz dəfələrlə demişik, indi də deyirəm ki, biz bu gün  Azərbaycan ərazisində olan silahlı qüvvələrə nəzarət edirik. Həmin silahlı qüvvələr əsasən milis işçiləridir. Ümuniyyətlə, Azərbaycanda operativ vəziyyətə biz nəzarət edirik. Bizdən fərqli olaraq Ermənistan tərəfi bunda çətinlik çəkir.  Orada da elə qüvvələr var ki, bəzən onlardan asılı olmayaraq  Azərbaycanın bu və ya digər yerlərində xüsusən sərhəd bölgələrində atəş açırlar, adam öldürürlər, girov götürürlər və s. Ona  görə də biz  ciddi bir konsepsiya hazırlamalıyıq. Bu gün gündəlikdə duran əsas məsələ Azərbaycan ərazisindəki Ermənistandan göndərilən bütün  silahlı dəstələrin çıxarılmasıdır”…

Sultan Laçın

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın