Ana səhifə / Gündəm / “Sədərək qurbanları”nın MTN-dən kompensasiya gözləntisi…

“Sədərək qurbanları”nın MTN-dən kompensasiya gözləntisi…

Zərərçəkənlər arasında adi arabaçı da var

MTN-nin “Sədərək qurbanları”nın kompensasiya gözləntisi davam edir. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, uzun müddət Sədərəkdəki iş adamlarını uydurma ittihamlarla MTN təcridxanasına çəkib gətirməklə onları şantaja, fiziki və psixoloji təzyiqə məruz qoyan, bu yolla həmin şəxslərdən külli miqdarda pul alan sabiq MTN əməkdaşlarının bir qismi məsuliyyətə cəlb edilməsi zərərçəkənlərdə müəyyən ümid yaradıb. Belə ki, onlar sabiq nazir Eldar Mahmudov dönəmində şantaj və zorakılıq yolu ilə onlardan alınan yüz min manatlarla vəsaitin heç deyilsə bir qisminin onlara qaytarılacağına, dəyən zərərin qismən də olsa kompensasiya ediləcəyinə ümid edir. Lakin bununla belə onları narazı salan məqamlar da mövcuddur. Belə ki, MTN-nin istintaq idarəsində ağır işgəncələrə məruz qalan “Sədərək qurbanları” hesab edir ki, ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin rəisi vəzifəsini daşıyan Mövlan Şıxəliyevin hələ də azadlıqda qalması yolverilməzdir. İstintaq idarəsində üzləşdikləri bütün zorakılıqlardan M.Şıxəliyevi məsul tutan bu şəxslər hesab edir ki, sabiq generalın məsuliyyətə cəlb edilməsi və tabeçiliyindəki şəxslərin törətdiyi zorakılıqlara görə cavab verməsi mütləqdir.

Mənbənin sözlərinə görə, ilginc məqamlardan biri zərərçəkənlər arasında bir nəfər adi arabaçının da olması faktıdır. Bilgili qaynağın sözlərinə görə, adi arabaçının iş adamları ilə yanaşı MTN-ə gətirilməsi və zorakılığa məruz qalmasına səbəb E.Mahmudov dönəmində Sədərəkdəki iş adamlarının “optovoy” surətdə sözügedən idarəyə daşınması, onların maddi durumunun məhz idarədə araşdırılmasıdır.

Mənbənin bildirdiyinə görə, sözügedən arabaçı “Sədərək qurbanları” arasında sabiq MTN-çilərə pul vermək iqtidarında olmayan yeganə şəxs olub və “qanun keşikçiləri” onun həqiqətən də pul ödəmək iqtidarında olmadığına əmin olduqdan sonra həmin şəxsi azadlığa buraxıb.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın