Ana səhifə / Gündəm / SƏBAİLDƏ İŞ YOLDAŞININ BAŞINA “ÇƏKİC VURAN” İCRAÇI KİMDİR? – FOTOLAR

SƏBAİLDƏ İŞ YOLDAŞININ BAŞINA “ÇƏKİC VURAN” İCRAÇI KİMDİR? – FOTOLAR

MTN-in “Ekstazi” əməliyyatında dindirilmiş Ayaz Nuğaylı barədə ilginc məlumatlar yayıldı

Nizami Qocayevin rəis qardaşıoğlu 365info.az-a məlumat verən mənbənin kimliyini araşdırmaq istəyir?

Bu günlərdə 365info.az saytına Ədliyyə Nazirliyinin Səbail Rayon İcra Şöbəsinin icraçısı Ayaz Yaşar oğlu Nuğaylı barəsində maraqlı məlumatlar göndərilib. Məlumatda bildirilir ki, Gəncənin sabiq hərbi prokuroru Yaşar Nuğayevin oğlu olan Ayaz Nuğaylı bir çox icra məmurları kimi orta səviyyədə maaş almasına baxmayaraq, iki bahalı avtomobilin sahibidir və özünün “parlaq həyat tərzi” ilə diqqəti çəkir. “Onun adına olan 10 LL 018 nömrə nişanlı “Lexus”un təxminən 70 min dollar qiyməti var, eyni zamanda 10 KK 018 nömrə nişanlı “Mazda” avtomobili idarə edir.

nuqayyeni2

Əslən Kürdəmirdəndir. Təxminən 11 il bundan əvvəl MTN tərəfindən həyata keçirilən “Ekstazi” əməliyyatından sonra, Ayaz Nuğaylı da o işlə bağlı istintaqda dindirilib”, – deyə məlumatda qeyd olunur. Eyni zamanda, onun məşhur model Ləman Əlizadənin xalası oğlu olduğu bildirilir. Məlumatlarla yanaşı, redaksiyamıza bəzi fotolar da göndərilib.

Bu fotolardan birində ayaq üstə duran gənc icraçı öz iş yoldaşının başına çəkic vurur. Ola bilər ki, bu fotoşəkildə bir zarafat əks olunub. Amma bu və digər məlumatları dəqiqləşdirmək üçün, Ayaz Nuğaylı ilə də danışmışıq. Lakin ilk əvvəl oxuculara həmin o qalmaqallı “Ekstazi” əməliyyatı haqqında Lent.az-da yayımlanmış bir yazıdan çıxarışı təqdim edək: “İş № 585: “Ekstazi” vurğunları necə həbs olundular? Hakim, prokuror və hətta xalq artistinin övladlarının yer aldığı dəstənin “ekstazi işi” adlanan məhkəməsi diqqət çəkən mövzulardan biri olaraq qalır. Mövzunun bu qədər diqqət çəkməsinin müsbət tərəfləri də var. Övladlarına heç bir sıxıntı yaşatmayan, onlar üçün bahalı avtomobillər alıb, ciblərinə bolluca xərclik qoyan, yeri gəldi-gəlmədi hər bir hərəkətini hamıdan müdafiə edən valideynlər üçün heç olmasa bu məhkəmə işi bir həyəcan siqnalı oldu. Statusundan, cəmiyyətdə tutduğu mövqedən və kimliyindən asılı olmayaraq, narkotika qurbanı olan bu gənclərin hər biri azərbaycanlıdır, cəmiyyətimizin gələcəyidir.

nuqayyeni3

Bu baxımdan, problem təkcə ərkəsöyün uşaqların valideynlərinin deyil, hər birimizindir. Lent.az-ın oxucularının diqqətinə bu işlə əlaqədar cinayət araşdırması materiallarının bir qismini çatdırmışdıq. İş materiallarında mütəşəkkil dəstənin rəhbəri kimi Yalçın Həsənov (Ali Məhkəmənin sədri olan Südabə Həsənovanın qardaşı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu) və Mahir Mirsalamlı (Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu) göstərilir. Qeyd edilir ki, bir neçə dəfə Türkiyədən ekstazi psixotrop maddəsi gətirən dostlar növbəti dəfə 2008-ci ilin yanvar ayında yenə də küllü miqdarda ekstazi əldə etmək üçün Yalçın Həsənovgilin ailə sürücüsü olan Həsən Həsənovu Türkiyəyə göndərirlər. Dostların hər biri sürücüyə 3500 ABŞ dolları verirlər. Bu qədər pula bir ədədi 35 dollardan olmaqla 200 ədəd həb gətirilməli idi. Həsən Həsənov tapşırığı “uğurla” yerinə yetirib və… təsəvvür edirsizmi, həblər Y.Həsənova sabiq prokurorun elə evindəcə təhvil verilib. Təbii ki, yan otaqda olan və həyatının böyük bir qismini cinayətkarlıqla mübarizəyə sərf edən atanın bu işdən xəbəri yoxdur” (lent.az).

nuqayyeni4

365info.az saytının əməkdaşı ilə söhbətində, Ayaz Nuğaylı haqqında deyilənləri ümumilikdə təkzib etdi və “çəkic vurma” səhnəsi əks olunan fotoşəklin ona aid olmadığını bildirdi. “Mənim elə şəklim yoxdur. Mən heç kimin başına çəkic vurmuram. O vaxt “Ekstazi” əməliyyatı ilə bağlı şahid kimi dindirilmişəm. Mahir Mirsalamovla qrup yoldaşı olmuşam. Məni sadəcə buna görə çağırıblar, gedib bildirmişəm ki, biz qrup yoldaşı olmuşuq, heç bir əlaqəm yoxdur”, – deyə A.Nuğaylı bildirib. O, bizə məlumat verən şəxsin nə ilə maraqlandığını da soruşdu: “Mən neçə ildir işləyirəm, hər hansı ciddi şikayət olmayıb. O adamın müraciəti məhz nədən ibarətdir? Yanıma gəlsin, görək problemi nədir? Mənim cəmi bir maşınım var. Yalandır, mənim elə maşınlarım yoxdur”.

nuqayyeni6

Bir müddət sonra, Ayaz Nuğaylı özü bizimlə əlaqə saxladı. “Mən bu barədə rəisimizlə danışdım. Rəis dedi ki, əgər onlar məlumatı göndərən şəxsin kim olduğunu aydınlaşdıra bilmirlərsə, biz aydınlaşdırarıq. Rəisin müəyyən yerdə tanışları, əlaqələri var”, – deyə A.Nuğaylı bizə öz mənbəmizi açıqlamağı “təklif” etdi. Daha sonra isə Ayaz Nuğaylı maraqlı bir etiraf dilə gətirdi: “Bəli, mənim “Lexus”um var, amma 70 min dollar qiyməti yoxdur. Mən onu çoxdan almışam, köhnə maşın idi”. Eyni zamanda qeyd edək ki, Ayaz Nuğaylı qeyd olunan məlumatlar barədə onun fikrini soruşduğumuza görə, bizə təşəkkür etdi. Qeyd edək ki, 365info.az saytı Ayaz Nuğaylının “köhnə” avtomobili barədə araşdırma aparıb. Məlumata görə, 10- LL-018 nömrə nişanlı “Lexus” avtomobili 2012-ci ilin istehsalıdır və bu avtomobil elə 2012-ci ildə avtosalondan, yəni, “yağ içində” vəziyyətində məhz Ayaz Nuğaylı tərəfindən alınıb.

Digər əldə etdiyimiz məlumata görə, 10-KK-018 nömrə nişanlı “Mazda” avtomobili 2015-ci il istehsalıdır və bu avtomobil həmin il avtosalondan Ayaz Nuğaylının həyat yoldaşı tərəfindən (birgə nikah dövründə) alınıb, 16 fevral 2016-cı il tarixində 12 saylı Notariat Kontorunda etibarnamə ilə Ayaz Yaşar oğlu Nuğaylının idarəsinə verilib. Ayaz Nuğaylının rəisinin kim olması da, yəqin ki, oxuculara maraqlı olar. Ədliyyə Nazirliyinin Səbail İcra Şöbəsinin rəisi Anar Qocayev hazırda Gəncə İcra İdarəsinin rəisi Nizami Qocayevin qardaşı oğludur.

nuqayyeni5

Qeyd edək ki, N.Qocayev vaxtilə DİN İstintaq İdarəsinin rəisi olub, sonra bir müddət həbs cəzası çəkib… Bəraət aldıqdan sonra isə yenidən polis sisteminə qayıdıb və DİN-də son vəzifəsi olaraq, İsmayıllı RPİ-yə rəhbərlik edib. Anar Qocayevin özü isə vaxtilə Binəqədi Rayon İcra Şöbəsinə rəhbərlik edib. Məsələn, 2012-ci ildə “Yeni Müsavat” qəzetində Anar Qocayevin korrupsiyada ittiham olunduğu bir məqalə dərc edilib. “Redaksiyamıza müraciət edən Bakı şəhəri, Şərifzadə küçəsi ev 36, mənzil 18 ünvanında yaşayan Vasif Fazil oğlu Alışovun şikayəti Binəqədi Rayon Məhkəməsinin icra məmuru Bəhruz adlı şəxsdən və onun rəisi Anar Qocayevdəndir. Onun sözlərinə görə Binəqədi Rayon Məhkəməsi 8 iyun 2009-cu ildə cavabdeh Kərimov Anar Əlvan oğlundan onun xeyrinə 10500 dollar və 450 manat pul tutulması haqda qətnamə çıxarıb. Lakin məhkəmə qətnaməsi bu günə kimi qulaqardına vurulmaqdadır: “Qətnamədən cavabdeh apellyasiya və kassasiya şikayəti versə də, bunlar təmin edilməyib”. Şikayətçi deyir ki, 2009-cu ildən bu günədək Binəqədi Rayon Məhkəməsi icra şöbəsinin rəisi Anar Qocayev və icra məmuru Bəhruz adlı şəxs, mövcud qanunlarımıza hörmətsizlik etdiklərindən, hələ də məhkəmə qərarını icra etmirlər. Vətəndaş yuxarı instansiyalardan bu şəxslərin hərəkətlərinə qiymət verməyi və məhkəmə qərarının icrasını təmin etməyi xahiş edir” (musavat.com).

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın