Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Rüfət Səfərovu hakimiyyətlə süni şəkildə üz-üzə qoymağa kimlər nə üçün çalışır?

Rüfət Səfərovu hakimiyyətlə süni şəkildə üz-üzə qoymağa kimlər nə üçün çalışır?

Son günlər Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun facebook səhifəsində yazdığı statuslar bəzi media orqanları tərəfindən ictimaiyyətə keçmiş müstəntiqin hakimiyyətə meydan oxuması, savaş açması kimi təqdim edilməkdədir. Bu məqalələrə seçilən başlıqlara nəzər salanda insanda bir anlıq belə təəssürat yaranır ki, Rüfət Səfərov ismi hansısa bir şəxsə deyil, bütöv bir təşkilat və ya dövlətə məxsusdur. Hansı ki, bu təşkilat və dövlət nəyin bahasına olursa-olsun hakimiyyəti bitirməyi qarşısına məqsəd qoyub.

İşin ən maraqlı tərəflərindən biri isə bəzən bir statusun fərqli başlıq və sərlövhələrlə bir neçə dəfə gündəmə daşınmasıdır. Halbuki, hansısa məsələyə aydınlıq gətirmək naminə yazılmış statusların cəmiyyətə bu şəkildə çatdırılması, hər şeydən öncə media əxlaqı və media peşəkarlığı baxımından mübahisə doğuracaq məsələdir.

Maraqlıdır,  R.Səfərovun sosial şəbəkədəki açıqlamalarının bu şəkildə təqdim edilməsinə onun özünün münasibəti necədir? R. Səfərovla bağlı istintaq işinin aparıldığı, həbs təhlükəsinin davam etdiyi indiki həssas bir məqamda onu hakimiyyətlə üz-üzə qoymaq, süni qarşıdurma yaratmaq kimə nə üçün lazımdır?

Bununla bağlı Moderator.az-ın sualını cavablandıran R.Səfərov onun statuslarının bu şəkildə təqdimatının onun özü üçün də anlaşılmaz olduğunu vurğulayıb:

“Bildiyiniz kimi, istintaq altındayam. Qanunvericilik mənə danışmağı qadağan edir. Bununla bağlı iltizam da vermişəm. Sadəcə, son dərəcə ehtiyac duydum ki, həbs olunduğum gün baş verənlərə Facebook səhifəmdə aydınlıq gətirim. Məqsədim sadəcə ictimaiyyəti məlumatlandırmaq olub. İndi eyni mətni növbəti dəfə tirajlayıb, inqilabi xarakterli başlıqlarla verməyin mənasını başa düşmürəm”.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın