Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Reiana”dakı terrorun ikinci iştirakçısı haqda sensasion bilgilər

“Reiana”dakı terrorun ikinci iştirakçısı haqda sensasion bilgilər

“Dəniz pişiyi”nin Türkiyəyə gəlişinin pərdəarxası məqamları; İstanbul olayında yaralandığı deyilən amerikalı turistin gerçək missiyası nə olub?   

Bosfor sahillərini al qana boyamış “Reina saldırısı”nın tədqiqatı ildırım sürəti ilə davam edir. Türk dövrü mətbuatı, diqqət edin, əlini mövzunun nəbzi üzərindən bir an belə kənara çəkmir. Kriminalistlər hər gün mətbuata mövzu ilə əlaqəli yeni-yeni məlumatlar, detallar ötürürlər:
“Yeni il gecəsi İstanbulda ”Reina” əyləncə klubuna terror hücumunu planlaşdıran türk əsilli Fransa vətəndaşı A.S. saxlanılıb. Polislər həmin şübhəli şəxsin üst-başını arayıb, gizli arxa cibindən maraqlı bir sənəd aşkarlayıblar. Sənədi görün bir kim imzalayıb – “Reina”da terror aktı törədən Abdulkadir Maşaripov!
Ancaq həmin bu sənəddə İŞİD-lə bağlı heç nə, bəli, heç nə yoxdur. O, sadəcə, adi ev kirayəsi müqaviləsidir, vəssalam. Polislər indi başlarını tutub fikrə dalıblar. Əcəba, Maşaripovun imzaladığı bu sənəd A.S.nin arxa cibində nə gəzir? Niyə həmin bu şəxs vaxtında polisə müraciət etməyib? Niyə Maşaripovun qaldığı ünvanı gizləyib?

 

***

0x0-1483739668029.jpeg (45 KB)
Amma mətbuata sızdırılmış bu qısa yeni xəbər əsl günahkarı gizlətməyə xidmət edir sanki. Xalis “dezo, yəni dezinformasiya nümunəsidir. Əsl günahkar, əsl şübhəli şəxs isə inanın mənə, mətbuatın gözümüzə soxduğu türk əsilli Fransa vətəndaşı A.S. deyil, biləsiz.
Tamam başqa şəxsdir, vallah.
***
İstanbulun boğaz sahilində, füsunkar bir yerdə qərar tutmuş “Reina” əyləncə klubu turistlər arasında çox tanınan, məşhur bir ünvandı. Müştəriləri arasında ərəblər, köhnə sovet vətəndaşları, yəhudilər, bolqarlar adətən sayca üstünlük təşkil edərlər. Deyilənə görə, Amerika, Kanada vətəndaşları da hərdən yollarını ordan salırlar. Belələrindən biri, 2016-cı ilin son günündə doqquz arxadaşı ilə birgə “Reina”ya gəlib burda öz ad gününü keçirən ABŞ vətəndaşı Jake Raak imiş guya. Yaşadığı Pensilvaniya ştatında çox sivil, saqqalsız-bığsız simasıyla tanınan bu şübhəli şəxs İstanbula gələrkən İŞİD-çilər kimi saqqallıymış nədənsə.
Atışma zamanı ayağından yaralandığını iddia edən bu şübhəli şəxs, vallah, düz-əməlli adama oxşamır heç. Yaralandığını desə də, üst-başında bircə qan ləkəsi belə aşkarlanmayıb. Jak Raak, türklər demiş, əskəri lise məzunudur. ABŞ-da adına “dəniz pişikləri” deyilən elitar dəniz piyadalarındandır. Atışmadan xeyli əvvəl hadisə yerinə gələn bu dəniz piyadası bir sağına baxıb, bir soluna. Gedib əyləşib çox varlı bir ərəbin kef masası yaxınlığında. Raakenin ərəbsayağı, qısa saqqalını görən ərəblər onu əvvəlcə səhvən özününkü sayıblar. İcazə veriblər öz patronlarının masasına yaxınlaşsın…
***

586e2fbe0f25443a54556878.jpg (62 KB)
DOSYE: Uilyam Jak Raake. 1978-ci ildə Pensilvaniya ştatının kiçicik Sharon Hill şəhərində dünyaya göz açıb. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Atası Erik bu şəhərdə hələ 1952-ci ildən qeydə alınmış “TECH Manufacturing, Corp” şirkətinin sahibi imiş. Böyük oğlanları İakov, Mayklla müqayisədə kiçik övladı Jaka üstünlük verən Erik axırda öz uğurlu biznesini ona tapşırır. Raake ailəsi üzvləri Pentaqonla, Amerika hərbi-sənaye kompleksi ilə çoxdan əməkdaşlıq edirlər. Uçan pilotsuz təyyarələrin istehsalında işlədilən bəzi vacib komponentlər məhz bu şirkətin kiçik emalatxanalarında istehsal edilir. Şirkət habelə tam məxfi kəşfiyyat qurumlarının bəzi ciddi cari sifarişlərini yerinə yetirir. Ən yeni casus texnologiyaları yaradıb, kəşfiyyatçıların ixtiyarına buraxır. Sosial şəbəkələrdə paylaşılan şəkillərdən də göründüyü kimi, Jak Raake ABŞ ordusunun ən elitar “United States Navy SEAL” hissələrində qulluq edib. Hollivud rejissorlarının sevimli qəhrəmanları sayılan bu elitar dəniz piyadaları öz peşakarlığıyla bütün dünyada ad çıxarıblar. Yadda saxlayın, ABŞ sahil zolağının mühafizəsi təsadüfən bu elitar əsgərlərə etibar edilməyib.
Jak Rakenin “TECH Manufacturing, Corp” şirkəti həm də xüsusi şok qumbaralar istehsalı ilə məşhurdur bütün dünyada. Belə qumbaralar yalnız ABŞ, Böyük Britaniya xüsusi təyinatlıların cəbbəxanasına daxildir. “Reina” klubuna hücum zamanı məhz bu şok qumbaralardan istifadə edildiyini yaddaşımızın bir yerinə yazaq.

 

***
Gəlin “Reina” klubunda həyata keçirilmiş həmin məlum əməliyyatı indi bitdə-bitdə, saniyə-saniyə yaddaşımızda bərpa edək.
Əməliyyat əslində yeni il gecəsi deyil, 23 dekabr tarixindən etibarən start götürüb. Həmin tarixdə ABŞ Dövlət Departamenti öz vətəndaşlarına xəbər göndərir ki, bəs amanın günüdü, nəbadə mübarək qədəmlərinizi Bosfor sahillərinə, Türkiyəyə basasız, yeni il ərəfəsi. Orda terror təhlükəsi var. Qısası, məsləhət deyil bu ölkəyə getməyiniz.
Həmişə əmrə tabeliyi ilə tanınan dəniz piyadası Jak Raake bu dəfə həmin xəbərdarlığı qulaqardına vurur. Özü kimi 9 “SİEL”-çinin, yəni “dəniz pişiyi”nin başında düz bir həftə sonra İstanbula gəlir. Şəhərdəki min cür kafe-restoranın uzun siyahısı içində məhz “Reina”nı seçib qərara gəlir ki, özünün 35-ci ad gününü məhz bu ünvanda keçirsin.
Faciədən düz bir gün sonra İstanbul aeroportunda NBC NEWS telekanalına müsahibə verən Jak Raake hadisələri təxminən bax bu cür xatırlayır: “İçəriyə qəfildən çılğın insanlar soxulub başladılar qışqırmağa”…

hqdefault.jpg (31 KB)
Sonrakı cümlələr əvvəlkinə uyğun gəlmir. Bəlli olur ki, terrorçu tək imiş: “Tək bircə kişini gördüm. Əlində “AK-47” vardı…”
***
Türk jurnalisti Əbdülkərim Arslanın iddiasına görə, “Reina”da eyni vaxtda iki fərqli terror dəstəsi atəş açıb: “Hücumu təşkil edən Maşaripov bara girdikdən az sonra ön tərəfdəki insanlara atəş açmağa başlayır. İçəridəki ABŞ agentləri isə bir başqa səmtdə əylənən livanlı ərəb iş adamlarını hədəf alıb hamısının kökünü kəsirlər”.
Sözü burda verək yenidən Jak Raakeyə: “9 nəfər dostla orda idik. Masa arxasında əylənirdik. Çatışmada həmin dostlarımdan 7-si öldürüldü. Mən yerə uzanıb özümü ölülüyə vurdum. Özüm imkan yaratdım terrorçu məni vursun. Yaxşı ki, əl telefonum şalvarımın sağ cibindəydi. Şansıma bir baxın, güllələrdən biri əl telefonumu dağıdıb dizimə doğru axdı. Ancaq kiçicik xəsarət gətirdi mənə, vəssalam. Sonra məni təkərli xərək üzərinə uzadıb hadisə yerindən uzaqlaşdırdılar”.
Xahiş edirəm, mənə bir əl telefonu göstərin 7, 62 çaplı “AK-47″ gülləsinə dözüb öz sahibini labüd ölümdən qurtarsın. Belə telefon gərək poladdan olsun ki, öz sahibini tərs güllələrdən qorusun. Yəni bu, Jak Raakenin bütün digər ifadələri kimi şübhəlidi.

images.jpg (11 KB)
Keçək digər ifşaedici detallara. Türkiyə mətbuatı Jak Raakenin uzanıqlı halda çəkilmiş həmin fotosunu hardansa taparaq çap edib. Məntiqli bir sual verib öz oxucularına: “Vurulduğunu deyən Raakenin ayaqları üstündə rahatca otura bilməsi diqqətinizdən qaçmasın. Ayağından vurulan birisi, sual olunur hamıya, beləcənə xərək üzərində otura bilirmi heç?”
***
35 yaşlı “dəniz pişiyi” Jak Raake, həvəskar Maşaripovdan fərqli olaraq peşəkar atıcıdır. Bilir silahın lüləsini necə irəli tutmaq, nə vaxt aşağı əymək lazımdı. Bilir harda, nə zaman növbəti addımı atıb, tez aradan çıxmaq lazımdır.
Yəqin əksəriyyət rejissor Lyuk Bessonun “Leon” filminə baxıb. Gözəl aktyor Jan Renonun ifasındakı peşəkar killer qaçmaq, aradan çıxmaq vaxtı gələndə neynir? Özünü yaralı göstərərək gedib oturur təkərli xərəyin üzərində. Yaralı kimi, hadisə yerini tərk edir.
Bizim bu Jak Raake dostumuz da eynən bu cür peşəkarcasına hərəkət edir törətdiyi cinayətdən sonra. Ayağına dizdən yuxarı nəsə sarıyır. Özünü vurur yaralıya. Bu cür də – təkərli xərəyin üzərində cinayət yerindən rahatcasına uzaqlaşır.
***
Jak Raakenin şapkası üzərindəki “Quiet storm” (sakit tufan) yazısı da heç təsadüfi deyildir. Türk basını iddia edir ki, bu şüar da elə-belə gedib qonmayıb Rakenin şapkası üzərinə. Bu, Amerikada Pentaqona bağlı məxfi “National Ground Intelligence Center” kəşfiyyat qurumunun məşhur devizidir.

sosyal-medyanin-konustugu-abd-li-jacob-jake-raak-2621126.Jpeg (32 KB)
***
Bu və ya digər xırda detallar axırda bir yerə yığılaraq bəzi məntiqi suallar doğurub bizim diqqətli facebook istifadəçiləri arasında. Məsələn, bir feys istifadəçisi görün bir hansı detallara fikir verib: “Hücumçunun çox professional olduğu barədə bütün təhlükəsizlik işçiləri də ortaq qənaətdədirlər. Adamın atış texnikasından tutmuş, hücumun plan-proqramına dəqiqliklə riayət etməsi və adamın ordan necə qaçdığına dair heç bir fikrin olmaması və s. bunlar barədə çox yazıldı, danışıldı.

Xatırlayırsınızsa, təhlükəsizlik qüvvələri hücumçunun assimmterik yeridiyini, böyük ehtimalla sağ ayağında müəyyən problemlərin olduğu açıqlamışdı. Hücumdan sonra ambulansa gətiriləndə Jake Raakın sağ ayağı bir sarıqla sarılmışdı. Amma ayağında heç qan izi yox idi. Görünür, o, görüntü yaratmağa xatir əvvəlcə azcana axsayıb”.
***

Peşəkarlar arasında cari məxfi əməliyyatlar həmişə iki fərqli nüsxədə hazırlanır. Birincisi yalançı, azdırıcı izi qabardaraq istintaqı, necə deyərlər, “öz barmağına dolayır”. İkinci əməliyyat planı isə həəə, tam məxfi şəkildə qurulur. Elə qurulur ki, sabah üstündəki ağır tozlu pərdə zərrə ucu qədər belə yuxarı qalxmasın. “Reina” qətliamında kəşfiyyat qurumlarının bu tələbinə tam riayət olunub, məncə. Maşaripov nümunəsində iz azdırılıb. Jak Raakeyə isə tam imkan yaradılıb ki, cinayəti həyata keçirsin.
Türk mətbuatının indi dediyi kimi: “Bunu biləlim. ”Uyğur, qırğız türkü” bir bəhanə. Sadəcə, bir kukla. Yayındırıcı iz, vəssalam. İşi başqaları yapdı. “Orman”-ı bu “kibrit çöpünün” arxasında axtarın”.
Qeyd edim ki, türk jurnalistlərinin amerikalı həmkarları Skott Kreyton, “The Sun” qəzetindən Laura Burnib, Jozef D. Lyons da mövzuya eyni gözlə baxırlar. Tələb edirlər Jak Raakenin “Raine” qətliamındakı şübhəli iştirakı dərindən araşdırılsın.
Hələlik bu qədər. Mövzu “Yeni Musavat”ın diqqət mərkəzindədir. Tədqiqat işində hər hansı bir yenilik mütləq bizlər tərəfindən diqqətinizə çatdırılacaq.
P.S. “Reina” qətliamının sabahısı günü tələsik Türkiyəni tərk edən Jak Raake hələ aeroportda ikən NBC NEWS telekanalına müsahibə verərək Türkiyəni çox sevdiyini söyləyib. Təkərli araba üzərində Türkiyəni tərk edərkən bir əlini dik yuxarı qaldırıb. Hitler salamlı öz son görüntüsüylə yadda qalmaq istəyib türklərin şirin-acı xatirələrində.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın