Məlumata görə, Ramin Quluzadənin həyat yoldaşı nazirin sevgilisini nazirliyin dəhlizlərində saçından tutaraq sürüyüb
Mühafizəçilər və cangüdənlər iki qadını zorla ayıra biliblər
Azinforum.az xəbər verir ki, Time TV-yə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə barədə maraqlı informasiya daxil olub. Sən demə xeyli müddətdir ki, nazir öz iş funksiyasını yerinə yetirmək də problemlə qarşılaşırmış. Ona bu problemi dövlət rəhbərliyi və ya digər qurumlar yaratmırmış. Nazirin əsas problemi qadın problemləri imiş. Ölkənin nəqliyyat, rabitə problemlərini həll edib yüksək texnologiyaları tətbiq etməli olan nazir qurumdakı sevgilisi ilə həyat yoldaşı arasındakı problemlərlə məşğul olurmuş.
Təbii
ki, biz bizə göndərilən informasiyaya yer ayırmazdıq. Lakin nazirliyin
bir qrup işçisi adından gmailimizə göndərilən məktubda iddia edilir ki,
nazir davamlı olaraq işdə ailə və qadın problemlərilə məşğuldu. Bu üzdən
çox vaxt əsəbi olur, qəbuluna gələn, dərdini söyləmək istəyən işçiləri
acılayır. Ötən həftə isə nazirlikdə böyük hay-küy düşüb. Nazirin həyat
yoldaşı nazirliyə gələrək Ramin Quluzadənin sevgilisilə dava edib. Adını
etik səbəbdən qeyd etmədiyimiz sevgilinin saçlarından tutaraq
nazirliyin dəhlizlərində sürüyüb. Mühafizəçilər və cangüdənlər olaya
müdaxilə edib. Nazir dəhlizə çıxıb bütün işçilərə otaqlara girib
qapıları bağlamağı tapşırıb. Uzun qalmaqaldan sonra ara sakitləşib və
nazirin həyat yoldaşını evə göndəriblər.
Qeyd
edək ki, biz bu məlumatı nazirliyin işçilərinin bizə müraciəti əsasında
dərc edirik. Əgər, qarşı tərəf fikirlərini bildirmək, mövqe açıqlamaq
istəyərsə, ona da yer ayıra bilərik.