Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Rəsulzadə faktı: Mixaylo niyə öldürüldü? – Məxfi

Rəsulzadə faktı: Mixaylo niyə öldürüldü? – Məxfi

Fotoda Sovet İttifaqı Qəhrəmanı, partizan hərəkatının aparıcı döyüşçüsü Mehdi Hənifə oğlu Hüseynzadədir. Əfsanəvi Mixaylonun haqqında çoxumuz bilirik. “Uzaq sahillərdə” filmində bu qəhrəman barədə ətraflı məlumatlar verilib. Lakin onun öldürülməsi səhnəsi və onun müharibə illərindəki fəaliyyəti Sovet senzurası tərəfindən bilərəkdən gizlədilib. 1946-cı ildə Mehdi Hüseynzadə vətən xaini, cinayətkar kimi axtarılarkən, ona cinayət işi açılarkən artıq dünyada yox idi. Bəs qəhrəmana niyə cinayət işi açılmışdı, onun ölümünə Sovet KQB-si niyə fərman vermişdi? Niyə öldürüldü Mixaylo?

Mehdi Hüseynzadə Stalinqrad uğrunda döyüşlərin birində əsir düşüb. O, Avstriyanın Mauthauzen həbsxanasında saxlanırdı və bu həbsxanada əsirlər diri-diri yandırılırdı. Azərbaycanlı əsirləri həbsxanada olduğu müddətdə 160-cı alman diviziyasının komandiri, polkovnik İsrafilbəy İsrafilbəyov olub. Həmin vaxt Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginski azərbaycanlı əsirlərlə görüşürlər. Onlar Azərbaycan əsirlərini ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmağa səsləyirlər. Mehdi Hüseynzadə də bir qrup azərbaycanlı əsirlə birgə bu təklifi qəbul edir. O, alman və italyan dillərini mükəmməl bildiyinə görə, Düdənginskinin səyi nəticəsində Cavad Həkimli ilə birgə xüsusi məktəbdə təhsil alır. Daha sonra Mehdi Hüseynzadə 162-ci piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Sovetlərə qarşı vuruşan Mixaylo döyüşlərin birində partizanlara əsir düşür. Partizanlar onu inandırıb öz tərəflərinə çəkə bilirlər. Əvəzində Bakıya qayıdacağına və üzərindən “xain” adının götürüləcəyinə vəd verirlər. Sovet təhlükəsizlik orqanlarının məsul şəxsi onunla görüşmək üçün İtaliyaya gəlir. Ona rəsmi bağışlanma kağızı verirlər və almanlara qarşı partizan hərəkatına qoşulmağa cəlb edirlər. Bu işdə isə Anjeli adlı qızdan istifadə edirlər. Mixaylonun ürəyini əla almağı bacaran Anjeli müharibədən sonra Bakıya qayıdacaqlarını və onunla ailə quracağını deyir. Mehdi bir müddət almanların kabusuna çevrilir. Onun bu uğurlarını görən Sovet KQB-si Mehdiyə legioner ordusuna geri qayıtmağı və Məhəmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginskini öldürməyi tapşırır. Sovetlər hesab edirdi ki, əgər bu üç şəxs ölsə, azərbaycanlı legionerlər alman ordusundan pərən düşəcəklər.

Mixaylo bu əmrə tabe olmayacağını bildirir. O, alman həbsxanasından həyatını xilas edən bu üç şəxsə qarşı heç bir addım atmayacağını deyir. Sovetlər buna qarşı olaraq ona təyziq edirlər. Dostları ona deyir ki, ölümünə fətva verilib. Ona da içi italyan pulları olan çanta verib gizlənməyi tapşırırlar. Yaxın dostu Sar (Vesilin) Mehdi ilə gəlib Vitovye kəndində 3 metrin 3 metrə olan anbarda gizlənir. Onların yerini partizan yoldaşı Andrey Komeldən başqa heç kim bilmirdi. Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovy kəndinə hücum edib və onlar Mixaylonun axtarışına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sonradan məlum olur ki, məhz almanlara Mehdinin yerini sovetlər özü deyib. Guya almanlar onların danışığından bu yeri biliblər.

Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən Mixaylo pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan Mixaylo kənddən çıxmağa müvəffəq olsa da, çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. Mixaylo elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi Hüseynzadənin cəsədini 4 yaşlı bir qız tapır. Həmin qız Vitovli kəndindəki arxın kənarında cəsədi tapır və “Mixaylo”nu elə oradaca dəfn edirlər. Qız ifadəsində yazır ki, “yolun kənarında kiçik bir su saxlancı vardı, Mixaylonun başı həmin suyun içinə əyilmişdi, su qırmızımtıl rəngdəydi, yağış yağırdı və Mixaylonun saçının boyasının rəngi çıxmışdı. O, almanlara oxşamaq üçün alman zabiti mundiri geyməkdən başqa həm də saçını boyayardı”.

Üç gün sonra Cavad Həkimli Mixaylonun cəsədini burada saxlamağın mümkün olmadığını, partizanlara almanların Mixaylonun həlak olmasından xəbər tutduğunu deyir. Onlar Mixaylonun cəsədini çıxarıb 30 kilometr kənarda yerləşən Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn edirlər. Həmin qəbiristanlıqda ən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır. Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də vəfat edib. Onun qəbirüstü abidəsinin üzərinə “Mehdi Mixaylo” sözləri həkk olunub.

Nəhayət, Balkan dövlətləri partizan hərakatı üzvlərinin çoxsaylı müraciətindən, yüzlərlə qəhrəmanlıq sənədlərinin təqdimatından sonra 1957-ci ilin aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın