Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Qondarma “DQR”-in “müdafiə naziri”nin Ohanyana göndərdiyi məxfi məktub: “Əhali və əsgərlərimiz qaçırlar”

Qondarma “DQR”-in “müdafiə naziri”nin Ohanyana göndərdiyi məxfi məktub: “Əhali və əsgərlərimiz qaçırlar”

Kütləvi informasiya vasitələrində, cəbhədə son günlər intensivləşən atışma səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərində məcburi yerləşdirilimiş ermənilərin evlərini tərk edərək Ermənistan istiqamətində qaçmaları barədə xəbərlər yer alıb. 

Avropa.info xəbər verir ki,  erməni tərəfinin xəbəri təkzib etməsinə baxmayaraq, sosial şəbəkələrdə qondarma “DQR”-in “müdafiə naziri” Levon Mnatsakanyanın Ermənistan müdafiə naziri Seyran Ohanyana məktubu yayılıb.

Məktubda qeyd olunur ki, “02 aprel 2016-cı il tarixindən başlayaraq təmas xəttində intensivləşən atışma səbəbindən Əsgəran, Ağdərə və Xocəvənd rayonlarının əhalisi yaşayış yerlərini tərk edərək Ermənistan istiqamətində hərəkət edir:

“Əhalinin yaşayış məntəqələrini tərk etmələrinin qarşısını almaq məqsədi ilə Əsgəran şəhərinin çıxışında postlar quraşdırılıb. Rayonu tərk edən əhali həmin postlarda saxlanılaraq yaşayış yerlərinə qaytarılır. Həmçinin, hərbi qulluqçular arasında fərarilik halları qeydə alınıb. Həmin hərbi qulluqçular axtarış nəticəsində tutularaq məcburi qaydada təmas xəttindəki mövqelərə geri qaytarılıb.

Bundan başqa, əhalinin kəndlərdə qalması üçün profilaktik tədbirlər həyata keçirilir. Verilmiş tapşırığa uyğun olaraq, hərbi qulluqçuların mənəvi-ruh yüksəkliyini qaldırmaq məqsədi ilə müvafiq tədbirlər görülür.”

Qeyd edək ki, son iki gündə təmas xəttində intensivləşən atışma nəticəsində Ermənistan ciddi sarsıntı keçirib. Yüzdən artıq ölü və yaralıların olmasına baxmayaraq bunun ictimaiyyətdən gizlədilməsi etirazlar dalğasının yaranmasına səbəb olub. Atəş altındakı rayonlarda yerləşdirilmiş ermənilər Ermənistan istiqamətində hərəkət edirlər.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın