Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / “Qızıl Məryəm”in əri Qarabağ qazisi olub – “Fəryad”ın prototipi

“Qızıl Məryəm”in əri Qarabağ qazisi olub – “Fəryad”ın prototipi

Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadənin həyatı ilə bağlı şok fakt məlum olub.

“ Azinforum.az ” Femida.az-a istinadən xəbər verir ki, Məryəm Namədzadənin həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsi illərindən bəhs edən “Fəryad” filmindəki İsmayıl da məhz Mehman Hüseynovun prototipidir. Yəni filmdə baş verən hadisələr Mehmanın başına gələnlərdir.
Mehman Hüseynov Milli Ordumuzun Şıx batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, Mehman isə yaralı vəziyətdə əsir düşmüşdü.

Həmin illərdə 9 nəfər əsgəri ilə mühasirədə olduğu evdən 80 ermənini məhv edən, 2 ay əsirlik həyatından sonra xilas olub. Onun Məryəm xanımla evliliyindən Günel Hüseynova adlı qızları dünyaya gəlib. Anasının qətlində adı hallanan qız məhz həmin qızdır. Qarabağda çətin döyüş yolu keçmiş Mehman Hüseynov isə 2015- ci ilin mayın 12- də qəfildən ürəktutmasından vəfat edib.

Mehman Hüseynovun əsirlikdən sonra çəkilmiş görüntülərini təqdim edirik.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın