Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Qaxın icra başçısı ilə bağlı ilginc iddia… – Belə deyirlər…

Qaxın icra başçısı ilə bağlı ilginc iddia… – Belə deyirlər…

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub

Bu barədə AzFakt.com-a İca Hakimiyyətindəki mənbə məlumat verib.

Mənbə iddia edir ki, Musa Şəkiliyev bu günlərdə sərxoş olub. Bu zaman onunla birinci müavini Tahir İsmayılov arasında problem yaranıb. Müavininə əsəbiləşən başçı onu otağından qovub.

Məlumatı verən mənbənin sözlərinə görə, Musa Şəkiliyev ümumiyyətlə içkiyə meyilli insandı. İcra Hakimiyyətinin əməkdaşları onun tez-tez içkili halda işə gəlməsinin şahidi olub. Yaxınları dəfələrlə başçıya içib işə getməməyi məsləhət görsə də, o, öz şakərindən əl çəkmir. Musa Şəkiliyevlə I müavini arasındakı gərginliyin də məhz bu üzdən yaranması ehtimal olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın