Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Qarabağ qazisi əlillik statusu niyə ala bilmir? – rəsmi açıqlama

Qarabağ qazisi əlillik statusu niyə ala bilmir? – rəsmi açıqlama

Nazirlik nümayəndəsi Fariz İmanovun iddialarını əsassız hesab edir
Qarabağ döyüşlərində sağlamlığını itirən qazi Fariz İmanov əlillik statusu ala bilmir. Bu barədə “Yeni Müsavat”a danışan qazi qeyd edib ki, məsələ ilə bağlı bütün sənədləri toplasa da, məmur özbaşınalığı ucbatından illərdir ki, istəyinə nail ola bilmir: “1992-ci ildə Qarabağ müharibəsində, Ağdam-Ağdərə cəbhəsi istiqamətində döyüşlərdə iştirak etmişəm. Döyüşlər zamanı minaya düşüb, sol ayağımdan yaralanmışam. Həmin vaxt Ağdam rayonunun Sancalı kəndində hərbi hospitalda cərrahi əməliyyat keçirmişəm. Bədənimdəki qəlpələr çıxarılsa da, bəziləri hələ də durur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, mənə ”sol budun yuxarı 1/3 hissəsində ön-arxa səthinin qəlpə yaraları” diaqnozu qoyulub. Müalicə alındıqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb, hərbi əməliyyatlarda iştirak etmişəm.
2010-cu ildə əlillik statusu almaq istədim. Bununla bağlı sənədlərimi toplayıb Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdim. Ordan sənədlərim Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə göndərildi. Mərkəzdə sənədlərimə baxılmadan bildirildi ki, mənə əlillik düşmür. Dedim ki, heç olmasa sənədlərimi yoxlayın, sonra məsələyə münasibət bildirin. İşi belə görüb məhkəməyə müraciət etdim”.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı bir neçə məhkəməyə müraciət etməsi də nəticəsi verməyib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Elman Babayev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, qazi Fariz İmanovun əlillik statusu ilə bağlı şikayəti əsassızdır: “Mingəçevir şəhər sakini İmanov Fariz Famil oğlunun ona əlillik qrupunun verilməsində guya maneələr yaradılması və süründürməçilik edilməsi barədə şikayət xarakterli müraciəti əsassızdır. Belə ki, F.İmanov 31 iyul 2014-cü il tarixdə müvafiq göndəriş əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində əyani müayinə olunarkən səhhətində əlillik halı müəyyən edilmədiyindən onun əlil hesab edilməməsi barədə qərar qəbul olunub. O, 4 mart 2016-cı il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (DTSERX) müraciət etsə də, səhiyyə müəssisəsinin onun barəsində yeni göndərişi olmadığından onun əlillik müayinəsi aparılmayıb. Bundan sonra F.İmanov onun əlil hesab edilməməsi barədə 31 iyul 2014-cü il tarixdə verilmiş qərarın ləğv edilməsi və ona əlillik təyin olunması ilə bağlı DTSERX üzərinə öhdəliyin qoyulması iddiası ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Lakin həmin məhkəmənin 22 avqust 2016-cı il tarixli qərardadı ilə bu iddia mümkün sayılmayıb. F.İmanov bu dəfə həmin qərardan apelyasiya şikayəti versə də, Şəki Apelyasiya Məhkəməsi bu şikayətin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərar verib. Göründüyü kimi, məhkəmə qaydasında da F.İmanovun tələbi əsaslı hesab edilməyib”.
Nazirlik rəsmisi qeyd edib ki, bununla belə, əlilliyinin qiymətləndirilməsi üçün F.İmanovun yenidən və elektron qaydada müraciət etmək hüququ var.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın