Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Qalmaqallı direktor vəfat etdi

Qalmaqallı direktor vəfat etdi

Lənkəran Dövlət Humanitar Kollecinin qalmaqallı sabiq direktoru vəfat edib. Axar.az-a verilən məlumata görə, təhsil ocağına 22 il rəhbərlik etmiş Cahangir İbrahimov dünyasını dəyişib. Onun vəzifəsindən azad edilməsindən sonra Şaban Şəfiyev direktor təyin olunsa da, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə o da işindən kənarlaşdırılmışdı. Hər iki direktorun dövründə tələbələrin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çoxsaylı şikayətləri daxil olmuşdu. Bu müraciətlər mətbuatda ictimailəşdirilmişdi. Rüşvət faktına görə kollecin İbtidai təhsil fakültəsinin pedaqoji şöbəsinin müəllimi Əliyeva Mailə Kazım qızı işdən azad olunmuşdu. C.İbrahimov mətbuatda adı tez-tez müxtəlif məsələlərdə hallanan direktor idi.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın