Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Qadın generaldan banan istədi – Səddam Hüseynin SON SİRRİ

Qadın generaldan banan istədi – Səddam Hüseynin SON SİRRİ

İraqın sabiq lideri, asılaraq edam edilən diktator Səddam Hüseynin ölümü və son günləri haqqında yazılar həm dünya, həm də yerli mətbuatda yenidən artmaqdadır. Sığındığı yerdən aşkarlanaraq sərasər 36 ay həbsxana həyatı yaşayan Səddamın son günləri və bu dönəmdəki yaşantıları dünya mətbuatının ən reytinqli mövzularından birinə çevrildi.
Moderator.az xəbər verir ki, həyatı başdan–başa sirlərlə dolu olan Səddam Hüseynin həbsxana həyatı da maraqlı olub. Belə ki, edama aparılanda belə qətiyyən qorxu keçirməyən, məhkəmə hakimləri ilə yüksək səs tonu ilə mübahisə edən İraq liderinin həbsxana həyatı da sirlərlə dolu olub. Yuxarıda sadalanan keyfiyyətləri ilə bərabər onun həbsdə qaldığı müddətdə sanki uşaqlaşdığı və bəzi hərəkətlərinə bunun qabarıq ifadəsi əks olunub. Səddam Hüseynin son sirri isə onu həbsxanada ziyarət edən ABŞ-ın qadın generalından ərik və banan istəməsidir. Bu istək general qadın Ceyn Karpinski  başda olmaqla bütün həbsxana heyətini təəccübləndirmişdi. İstədikləri ilə təmin olunandan sonra keşikdə duran ABŞ əsgərlərini general qadına göstərək “sizin övladlar mənim də övladlarımdır” deyib.
Amma həbsxanada qaldığı müddətdə ABŞ əsgərlərinin ən çox bir hərəkəti barəsində tez-tez vəkilinə şikayət edib. Bu onun hamıya məlum olan aşkarlanma hadisəsidir. Səddam iddia edirdi ki, ABŞ əsgərləri onu elə şəraitdə tapmayıblar. Sadədə güc tətbiq edərək, müxtəlif vasitələrlə Səddamın özündən getməsinə şərait yaradıblar. Huşunu itirən diktatoru məlum videoda da görünən lyuka salıblar. Sonra özünə gələn Səddamın lyukdan çıxarılmasını  kamera ilə çəkiblər.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın