Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Qəyyumluq Komissiyasının qərarı əsassızdır

Qəyyumluq Komissiyasının qərarı əsassızdır

İki azyaşlı uşağı artıq üç aydan çoxdur ki, həyat yoldaşı tərəfindən qaçırılıb girov kimi saxlanılan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun elmi işçisi, bir neçə elmi məqalələrin müəllifi Aida Quliyeva Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq komissiyası tərəfindən qanunsuzluqla üzləşib.

Belə ki, haqsız olaraq məişət zorakılığına məruz qalan Aida xanım həyat yoldaşı Quliyev Zaur Azad oğlundan ayrı yaşamaq məcburiyyətində qalmışdır. Quliyev Zaur isə 11.08.2006-cı il tarixdə doğulmuş qızı Yeganə Quluzadəni Sabunçu rayonunda oxuduğu 94 saylı məktəbdən görüşmək adı ilə qaçırmışdır. Həmin vaxtdan indiyə kimi qızı Yeganəni təhsildən kənarlaşdırmiş və anası ilə görüşüb, danışmağa mane olmuşdur. Eyni zamanda 03.05.2014 tarixdə doğulmuş azyaşlı oğlu Quliyev Həsəni də getdiyi baxçadan ayırıb, harda saxlaması isə məlum deyil. Aida xanım dəfələrlə Zaurun və bacısının yaşadığı ünvana getsə də, uşaqlarını görmək imkanları olmayıb. 20.11.2017 tarixdə Aida Quliyeva, həmçinin həyat yoldaşı Quliyev Zaur Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq komissiyasına çağrılaraq, azyaşlı uşaqlarının təhsil məsələləri müzakirə edilmiş, Aidə Quliyeva uşaqlarının təhsil hüququnun təcili bərpa olmasını tələb etmişdir. Zaur Quliyev isə uşaqların yalnız onun istədiyi məktəbdə təhsil alacağını bildirmişdir. Görüşdən 2 gün sonra, yəni 22.11.2017-ci il tarixdə Binəqədi Rayon İcra hakimiyyətinin Qəyyumluq komissiyası əsassız qərar qəbul edərək, Quliyev Zaurun istəklərinə əsasən Quluzadə Yeganənin Yasamal rayonundakı 53 saylı məktəbdə təhsilini davam etməsi ilə bağlı qərar qəbul etmişdir.

Məsələyə münasibət bildirən Müvəkkil Hüquq Mərkəzinin Qadın və Uşaq hüquqları departamentinin rəhbəri, sədr müavini Könül Quliyeva bildirib ki, hal-hazırda Binəqədi rayon məhkəməsində hüquqlarını təmsil etdiyi Aida Quliyevanın azyaşlı uşaqlarının geri alınması ilə bağlı, məhkəmə prosesi getdiyi bir vaxtda Qəyyumluq Komissiyasının belə bir qərar qəbul etməsi qanunsuzdur. Həmin qərarın ləğv olunması ilə bağlı tərəfimizdən məhkəməyə müraciət ediləcək. K.Quliyeva onu da qeyd etdi ki, sözü gedən komissiyanın fəaliyyəti ilə bağlı müstəqil araşdırma aparılacaqdır. Sonda onu da qeyd edək ki, azyaşlı uşaqlarından girov kimi istifadə edərək, Aidə Quliyevaya təzyiq edən Zaur Quliyevin hərəkətlərinə son qoyulması ilə bağlı ölkənin I Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişdir.

Azinforum.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …