Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Nazirliyin aşağıdakı əməkdaşları isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi ilə təltif olunublar:
Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilov
Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadə
İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayev.