Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Türkiyəyə səfər edib

Prezident İlham Əliyev Türkiyəyə səfər edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə keçirilən XXIII dünya enerji konqresində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, Atatürk adına Beynəlxalq Hava Limanında Azərbaycan prezidentini İstanbul qubernatoru Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıb.

Azərbaycan prezidenti bu gün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş işçi nahar çərçivəsində keçiriləcək.

Qeyd edək ki, sabah Türkiyənin İstanbul şəhərində dünya enerji sammiti öz işinə başlayacaq.

Dünyanın 80 ölkəsindən 50 ölkə başçısının, 54 baş nazirinin, ümumilikdə 266 dövlət rəsmisinin qatıldığı sammitdə TANAP, TAP və “Türk axını” kimi nəhəng layihələrin müzakirəsi keçiriləcək.

Beynəlxalq tədbirin açılışını oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Binəli Yıldırım edəcək. (Report)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın