Ana səhifə / Gündəm / Plastik qablardakı turşularda XƏRÇƏNG TƏHLÜKƏSİ

Plastik qablardakı turşularda XƏRÇƏNG TƏHLÜKƏSİ

Türkiyəli həkim mütəxəssis Oğuz Özyarlı plastik qablarda qoyulan turşular haqqında vətəndaşlara xəbərdarlıq edib. O, bu cür turşuların istifadə edilmədən atılmasını deyir. Aile.lent.az plastik qablarda qoyulan turşuların təhlükəsi haqqında həkimin fikirlərini təqdim edir.

 

İlk növbədə onu qeyd edək ki, plastik qablar birdəfəlik istifadə edilən məhsullardı, təkrar istifadəsi məsləhət görülmür. O.Özyarlı bildirir ki, içərisində su olan plastik qablardan qida saxlamaq məqsədilə qəti istifadə etmək olmaz. Bu cür qablar yenidən istehsal üçün geri göndərilməlidir. Xüsusən də əgər bu qablara turşu qoymusunuzsa, elə bu dəqiqə atın!

 

 

İki məqama diqqət edin

 

 

Qışda süfrələrimizdə vacib yeməklərdən olan turşuları ya özümüz ev şəraitində hazırlayırıq, ya da bazardan, kəndlərdə xüsusilə bu işlə məşğul olan evlərdən alırıq. Həkim burada iki məqama diqqət etməyi məsləhət görür: “Birinci məqam turşunun hansı qablarda qoyulması və içərisində hansı məhsulların olmasıdır. İkinci məqam istifadə edilən ərzaqların təzə olmasıdır. Ən vacibi isə turşuların içərisində olduğu qablar əvvəl istifadə edilməyən plastik qablar olmalıdır”.

 

Bu, iki cür sağlamlıq problemi yarada bilər. İlk növbədə gigiyenik baxımından sağlam deyil: “Əvvəl kimin, hansı formada istifadə etdiyini bilmədiyimiz, hətta bəlkə də birinin ağzı dəyən qabın istifadə edilməsi vacib məqamdır. Bundan başqa, bu şüşələrin haradan və necə yığılması, dezinfeksiya edilməsi məlum deyil. Gigiyenik standartları aşağı səviyyədə olan belə hallar xəstəliklərə yol açır”.

 

İçərisində limon, sirkə, duz, sarımsaq və başqa qidalar olan qarışıqlar plastik şüşənin öz tərkibi ilə birləşərək turşuya qarışır: “Məlum olduğu kimi, plastik qabların tərkibindəki Bis-fenolA (BFA) maddəsi inkişaf dövründə olan gənclərdə ginekoloji (xüsusən də oğlan uşaqlarında sinə böyüməsi), menstrual pozuntular və hormonal nizamsızlıqlara səbəb ola bilər. Bir sözlə, sağlamlığınız üçün turşuları plastik qablara qoymayın və küçədə plastik qablarda satılan məhsullar almayın”.

 

 

Təzə tərəvəzlər istifadə edin və şüşə qablarda hazırlayın

 

 

Turşuların şüşə qablarda və təzə tərəvəzlərlə hazırlanması lazımdır: “Əgər turşu hazırlayacağınız tərəvəz kifli və ya çürük olarsa, vaxt keçdikcə tərkibindəki mikroorqanizmlər toksin ifraz edəcək. Bunlara mikotoksin deyilir. Belə qidaların yeyilməsi qusma və zəhərlənməyə səbəb olur, hətta həzm sistemində xərçəng də yaradar. Tərəvəzlərin kifli və çürük olması, üstəlik onların plastik qablarda turşuya qoyulması sizi ciddi sağlamlıq problemləri ilə üz-üzə qoyar”.

 

Turşu qış mövsümündə tərkibində immunitet sistemini qüvvətləndirən bakteriyalar baxımından yararlıdır. Bir sözlə, turşuları təzə qidalarla, az duzla və şüşə qablarda hazırlamaq lazımdır.

 

 

Plastik qabların istifadə üsulları

 

1. Plastik qabları atmağa əliniz gəlmirsə, onlardan yeni əşyalar düzəldin və başqa müxtəlif vasitələr üçün istifadə edin.

 

2. İçərisinə bir az su qoyub qızdırıcı üzərinə yerləşdirərək nəmləndirmək üçün istifadə edə bilərsiniz.

 

3. Müxtəlif vasitələrlə örtüb, ya da boyayıb qələm, salfetka qabı, gül qabı, yüngül zibil qutusu, qolbaq qabı, vaza, səbət kimi əşyalar hazırlayaraq yararlana bilərsiniz.

 

4. Əgər bunları etməyə vaxtınız yoxdursa, plastik qabları yığın və təkrar istehsalata yollamaq üçün lazım olan yerə təhvil verin.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın