Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / PKK komandirləri Azərbaycan vətəndaşlarının nömrələrindən istifadə edir

PKK komandirləri Azərbaycan vətəndaşlarının nömrələrindən istifadə edir

PKK komandirləri Türkiyə kəşfiyyatının dinləmə qurğularından yayınmaq üçün öz aralarında telefon danışıqlarını İranın GSM şəbəkələrinə aid nömrələr üzərindən aparır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələrinin kəşfiyyat hesabatına istinadən “Yeni Çağ” qəzeti yazıb.

Məqalədə bildirilir ki, yüksək rütbəli PKK komandirlərinin iranlı və İranda yaşayan Azərbaycan vətəndaşlarının adına qeydiyyatdan keçmiş mobil nömrələrdən istifadə etdiyi təsbit olunub. Nəticədə Türkiyə kəşfiyyatı onların telefon danışıqlarını dinləməkdə çətinlik çəkir.

Baş Qərargahın hökumətə təqdim etdiyi kəşfiyyat hesabatına əsasən PKK komandirlərinin İranın GSM şəbəkələri üzərindən danışdığı təsbit olunsa da onların kimliklərini müəyyən etmək və danışıqlarını qeydə almaq mümkün olmur.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın