Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Pivə beyni əridir və ürəyi tuluğa döndərir – ŞOK

Pivə beyni əridir və ürəyi tuluğa döndərir – ŞOK

Pivə içən kişilərdə qadınlaşma prosesi gedir…
Beyin hüceyrələri ölür və sidiklə birgə ifraz edilir…
Qərb alimləri Allah -Təalanın digər səmavi kitablarda oduğu kimi, Qurani-Kərimdə də haram buyurduğu alkoqollu içkilərdən olan pivənin insan orqanizminə mənfi təsirləri barədə yeni nəticələr əldə ediblər.
Moderator.az-ın xarici mediaya istinadla yaydığı materialda deyilir ki, pivənin ən zərərli nəticələri – xəstə ürək, ürəyin genişlənməsi, onun divarlarının qalınlaşması, ürək əzələlərinin nekrozu və s.-dir. Bu  mənfi dəyişikliklərə əsas səbəb pivənin tərkibində onun köpüyünü artıran  maddə kimi işlədilən ağır və zəhərli metal olan kobaltın varlığıdır. Pivə içənlərin ürək əzələsində bu toksik elementin miqdarı normadan 10 dəfə artıq olur. Bundan əlavə, kobalt  qida borusunda və mədədə soyuqlama prosesləri də yaradır.  Pivənin ürəyin işini pozmasına səbəb olan digər amillərdən biri də bu içkinin  tərkibində karbon qazının bolluğudur. Orqanizmə düşən kimi pivə qan damarlarlarını doldurur. Bu da damarların varikoz genişlənməsinə və ayrıca ürək damarlarının genişlənməsinə səbəb olur. Beləliklə, həkimlərin “pivə ürəyi”, yaxud  “kapron corab” adlandırdığı sindrom yaranır.  Yəni ürək asılımış, tuluqlaşmış,  bürüşmüş vəziyyətə düşür və qanı pis daşıyır.
Pivə endokrin sistemə də güclü zərbə vurur. Belə ki, pivə  kişilərdə kişi hormonunun formalaşmasının qarşısını alır və bunun əvəzində qadın hormonları  istehsal olunur. Odur ki, pivəxor erkək cins nümayəndələrində döş vəziləri qadınlarda olduğu kimi böyüyür, onların çanaqları genişlənir. Və  belə kişilər tezliklə  arvad görkəmi alırlar.
Qadınlarda isə hormonların həddini  aşması xərçəng xəstəliyi riskini artırır. Bundan əlavə, onların saçları kobudlaşır və üzlərinə “pivə bığları” çıxmağa başlayır.
Alimlər pivənin ən ağır zərbələrindən biri kimi onun beyni sözün əsl mənasında əritməsini də göstərirlər. Belə ki, pivə  qanla başa daxil olduqda beyin hüceyrələri ölməyə və sidiklə birgə ifraz olunmağa başlayır. Bundan başqa, bu spirtli içki onurğa beyninin funksiyalarını pozur, miokardiodistrofiya,  qaraciyər serrozu, hepatit, pankreatit(mədəaltı vəz), qastrit, nevropatiya, görmə və eşitmə analizatorlarlarının zədələnməsi, arterial təzyiqin qalxması  və s. xəstəliklərə gətirib çıxarır.
Pivə içənlər digər alkoqollu içki qəbul edənlərə nisbətən 4 dəfə tez əyyaşa çevrilirlər. Pivə aludəçiləri tam düşkün vəziyyətdə, aydın büruzə verilən ağıl zəifliyi, öz şəxsiyyətini dəyərləndirmə səviyyəsinin tam aşağı düşməsi  və s.  kimi neqativ göstəricilərlə xəstəxanaya yatırılırlar.
Müasir tədqiqatlara görə, pivə digər qadağan olunmuş narkotik vasitələrə aludəçiliyiə yol açan birinci leqal narkotik hesab ediliri. Bundan əlavə, pivə normal cinsi həyatı da  tam zərbə altına salır. Bel ki, 4 litr pivə insan üçün cinsi partnyoru əvəzləyir. Bu minvalla pivə şəxsiyyətin və bütövlükdə cəmiyyətin deqradasiyasına, tənəzzülünə gətirib çıxarır.
Son araşdırmalara görə, bu gün Rusiyada 1-ci sinif şagirdlərinin 48 faizi pivə içir. Bu da  10 il əəvəlki göstəriciləri 12 dəfə üstələyir.  Xalqın gələcəyi üçün belə bir  dəhşətli statistika  pivənin güclü şəkildə  reklam və təbliğ edildiyi digər ölkələrdə də yarana bilər…

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın