Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Gündəm / “Özləri etiraf edib ki, İsrailə bağlıdırlar” – Azərbaycanda sitayiş edilən dinlə bağlı ŞOK FAKTLAR

“Özləri etiraf edib ki, İsrailə bağlıdırlar” – Azərbaycanda sitayiş edilən dinlə bağlı ŞOK FAKTLAR

Bu yaxınlarda Bəhai dininin Azərbaycandakı təmsilçilərindən olan fəlsəfə doktoru Azər Cəfərovun Moderator.az-a müsahibəsini təqdim etmişdik.  Müsahibəni bu linkdən oxuya bilərsiniz: moderator.az/news/174989.html
Müsahibə yayımlandıqdan sonra Moderator.az-ın daimi oxucularından olan Şahin Abbas redaksiyamızla əlaqə saxlayaraq Bəhai dini, bu dinin təmsilçiləri haqqında araşdırma apardığını və fikirlərini bizimlə bölüşmək istədiyini bildirdi. Oxucularımızın fikrinə sayqıyla yanaşdığımızdan Şahin Abbasın Moderator.az-a müsahibəni təqdim edirik:
– Şahin bəy, iddia edirsiniz ki, Bəhailik missioner təşkilatdır. Bununla bağlı faktlarınız varmı?
– Bütün missioner təşkilatlar kimi Bəhailik də missionerlik fəaliyyətini şübhəsiz inkar edir. Çünki xarici ölkələrin din adı altında öz missiyalarını yerinə yetirməsi qəbuledilməzdir. Amma Bəhailiyin həm tarixinə, həm də indiki zamanına nəzər etsək, onların missionerlik fəaliyyəti ilə məşğul olduqlarını görərik. Xüsusilə missionerlik fəaliyyətinin daha çox qərb ölkələri tərəfindən təşviq edildiyinə diqqət etsək, Bəhailiyin də məhz bu ölkələrlə olan ciddi və isti münasibəti missionerlik fəaliyyətlərini danılmaz edir. İngiltərə krallığının Əbdül Bəhaya etdiyi xüsusi diqqət və qayğı onların missionerlik məqsədlərini ortaya qoyur.
Əbdül Bəha isə özlüyündə İngiltərəyə etdiyi xidmətlərə görə ingilis generalı Allenbay tərəfindən Ser (əsil, nəcib) və Kinghtood (qəhrəman) medalı ilə təltif olunub. Bu tədbir əsgər qaravulu və təntənəli şəkildə təqdim olunmuşdu. (Qərni Bədii, səh. 299, Məkatib c.3 səh.347) Əbdül Bəhanın İngiltərəyə xidmətlərdən biri Fələstində qıtlıq olduğu zaman gizlin buğda anbarını ingilis ordusuna təqdim etməsidir. Eyni zamanda Əbdül Bəha, ABŞ səfərində onların adamı olaraq ABŞ-ın İrana gəlib buranın yer altı mədənlərindən faydalanmaq üçün dəvə edib. (Xətabate bozorq kitabı, səh.32)
Image result for əbdül bəha
Əbdül Bəhanın ingilislər üçün başqa xidməti də 1-ci Dünya Müharibəsi ərəfəsində Fələstində ingilislər üçün cəsusluq etməsidir. Əbdül Bəhanın cəsus olduğunu Osmanlı qüvvətləri komandiri Camal Paşa bildikdə onun Karmel dağında edam edilməsinə qərar verdi. (Qərni Bədii c.3 səh 297-298). Bu xəbər ingilis təhlükəsizlik təşkilatı tərəfindən İngiltərəyə çatdırılınca Lord Balfour (İsrail rejiminin quruluşundakı mühüm roluna görə tarixdə məşhurdur) Xarici İşlər Nazirliyi tərəfindən ingilis ordu komandiri general Allenbaya Əbdül Bəhanın canının qorunması üçün teleqraf göndərdi. General Allenbay Hayfa cəbhəsindəki qüvvətlərə Əbdül Bəhanın, ailəsinin və dostlarının canını mühafizə etmələri üçün əmr verdi! Hayfa müharibəsindən sonra general Allenbay, Londona bir teleqraf göndərərək Əbdül Bəhanın sağ olduğunu elan etdi! (Qərni Bədii kitabı cild:3, səh 296-297)
Bu faktlardan aydın olur ki, Bəhailik öz inkişafında qərb ölkələrinə borcludur  və bunun müqabiləndə, xüsusilə qərb ölkələri, Bəhailikdən istədiyi zaman missionerlik fəaliyyətini tələb edə bilərlər.
– Bəhailərin idarəçilik sistemi, dini rəhbərinin dəyişdirilməsi ilə bağlı da fikirləriniz vardı…
– İlk olaraq Bəhaullah Bəhailiyi təsis edərək özünü peyğəmbər elan etmiş və bəhailərin rəhbəri olmuşdu. Bu ərəfədə Bab Bəhaullahdan xəbərsiz zindanda yazmış olduğu Bəyan kitabında özünü peyğəmbər elan etmişdi. Bab və Bəhaullah öldükdən sonra, Bəhaullahın oğlu Əbdül Bəha bəhailərin rəhbəri oldu. Əbdül Bəha öldükdən sonra,  onun oğlu bəhailərin rəhbəri olmalı idi. Amma Əbdül Bəhanın oğlu olmadığı üçün qız nəvəsi Şövqü Əfəndi bəhailərin rəhbəri oldu. Əbdül Bəhanın vəsiyyətinə görə ondan sonra Şövqü Əfəndi, Şövqü Əfəndidən də sonra onun qız nəvəsi və bu silsilə ilə “Vəliyyi Əmrullah” sitemini yaratdı. Ancaq Şövqü Əfəndinin də qız nəvəsi olmadığından (ümumiyyətlə uşağı olmadı) bu sistem çökdü. Şövqü Əfəndinin ölümündən sonra onun amerikalı həyat yoldaşı Ruhiyyə Maksvel idarəçiliyi ələ aldı. Daha sonra Ruhiyyə Maksvelin təşəbbüsü ilə bütün bəhailəri idarə edə biləcək ,seçki üsulu ilə seçilən, 9 nəfərdən ibarət, hamısı yalnız kişi olmaqla “Ədalət Evi” idarəçilik sistemi yaradıldı. Bununla da Bəhailiyin idarəçiliyində ilahi şəxslərin vacib olduğunu qeyd edən bəhailər qısa müddətdə seçkili idarəçilik sisteminə keçdilər.
 
– Qeyd edirsiniz ki, bir peyğəmbər gərək özündən sonrakı canişinlərini bilsin. Özünü ilahi şəxs elan edən bir şəxs necə olur ki, qeybi bilmir və gələcəkdən xəbər verə bilmir? Bu sualınızın cavabına mümkünsə özünüz aydınlıq gətirərdiniz. 
– Bəhailiyin iddiası budur ki, son peyğəmbər anlayışı yoxdur. Zamanın tələbinə görə daima peyğəmbərlər gəlməlidirlər. Əgər zamanın tələbinə görə, peyğəmbərlərin gəlməsi şərtdirsə, o zaman Bəhaullahdan bəri 200 ilə yaxın zaman keçmiş, hər şey dəyişmiş və bu günün yeni tələblər orataya çıxmışdır. Yəni bu günün tələbləri ilə 200 il bundan əvvəlin tələbləri eyni deyil. Texnologiya inkişaf etmiş, həyata baxış dəyişmişdir. Deməli Bəhaullahın dövrü bitmiş, hökmlər qüvvədən düşmüşdür. “Elə isə bu zamanda yeni peyğəmbər gəlməlidir!” Amma bəhailər hələ də Bəhaullahı bu dövrün peyğəmbəri və Bəhailiyi də bu dövrün “dini” sayırlar. Üstəlik Bəhailiyə görə yeni peyğəmbər Bəhaullahdan 1000 il sonra gəlməlidir. Bu 1000 ildə zamanın tələbləri neçə dəfə dəyişəcək? kim qərar verir ki, 1000 ildən sonra peyğəmbər gəlməlidir? Əvvəlki peyğmbərlər 1000 ildən bir gəlibmi? 1000 ildən sonra gələn peyğəmbərin kimliyi müjdələnibmi?
Bir məsələni də qeyd edim ki, Bəhailər 1000 ildən bir peyğəmbərin gəlməsini desələr də, onlar Babı da peyğəmbər sayırlar. Bəhaullah isə Babdan 19 il sonra peyğəmbərlik iddiası etmişdi. Yəni 1000 illik peyğəmbərlik sistemi də qısa zaman da süquta uğramışdı.
Onu da qeyd etmək yerinə düşər ki, Allahın qüdrəti ilə bir peyğəmbər bütün dövrləri əhatə edə biləcək şəriət və din gətirə bilər. Bu, bütün ilahi kitblarda öz təsdiqini tapıb. Əks halda bu, daima peyğəmbər göndərmək məcburiyyətində qalan Allahın “əlinin” bağlanması mənasına gəlir.
Image result for Şövqü Əfəndi bəhailərin rəhbəri
– Onu da iddia edirsiniz ki, Bəhailkdə ixtilaf, parçalanma, firqəçilik var. Bunu nəylə əsaslandırırsınız?
– Bəhailər Bəhailikdə parçalanmanın və firqəçilyinolmadığını desələr də, tarixə nəzər etdikdə bunun tam əksini görürük. Bəhailik elə beşikdən, həm babilik zamanında, həm də Bəhailiyin yaranması ərəfəsində çox sayda ixtilaf və parçalanmalara şahid olub. Babilik zamanında, Bab olmaq uğrunda Mirzə Əli Məhəmməd Şirazi ilə digər babilər arasında çəkişmələr olub. Bunlardan Kərimxan Kermani, Mirzə Şəfi Təbrizini göstərmək olar. Bəhaullahın zamanında isə Mirzə Əsədullah Dəyyaninin tərəfdarları özlərini Dəyyanilər, Molla Məhəmməd Əli Barfruşun tərəfdarları özlərini Quddusilər, Bəyan kitabını özlərinə rəhbər götürənlər Bəyanilər, Bəhaullahın tərəfdarları isə özlərini Bəhai adlandıraraq firqələrə parçalandılar. Bəhaullahın ən böyük rəqibi isə qardaşı Mirzə Yəhya Nuri (Sübhi Əzəli) Əzəliyyə firqəsini yaradaraq Bəhaullaha qarşı çıxdı. Bu ixtilaflar o qədər böyüdü ki, bir-birlərini təhqir etməkdən belə çəkinmədilər.  (Mənbə: Rəhiqe Məxtum səh.1149). Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) ölümündən sonra Mirzə Hadi Dövlət Abadi onun yerinə Əzəliyyənin rəhbəri oldu. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşayırlar.
Əbdül Bəha da, zamanında Mirzə Məhəmməd Əli Əfəndi ilə rəislik uğrunda mübarizə aparmışdı. Daha sonra Əbdül Bəha öz tərəfdarlarını “Sabitin”, Əli Əfəndinin tərəfdarlarını isə “Naqisin” adlandıraraq yeni parçalanma yaratmışdı.
Bütün bu parçalanmalar və firqəçilik sona çatmayıb, Əbdül Bəhadan sonra Bəhailiyin rəhbərliyinə keçən Şövqü Əfəndinin dövründə də davam edib. Bəzi bəhailər Şövqü Əfəndinin rəisliyinə etiraz edərək və Bəhaullahın katibi olan Molla Əhməd Sohrabini bəhailərin rəhbəri seçdilər. Sohrabilərin iddiasına görə, Əbdül Bəhanın rəhbərlik haqqında olan vəsiyyətnaməsi saxtadır.
Bu parçalanmalar yenə səngimədi. Şövqü Əfəndinin ölümündən sonra bəhailərin idarəçiliyi həyat yoldaşı Ruhiyyə Maksvelin təşkilatçılığı ilə “Ədalət Evi” yaradılaraq davam etdirildi. Bu zaman yenə bir sıra bəhailər bu sistemə etiraz edərək ayrı firqə yaratdılar. Bunlar amerikalı bəhailərdən olan Çarles Mission Rimi idi. Bunlara “Rimi” bəhailər deyilirdi. Eyni zamanda iranlı bəhailərdən olan bir gənc İndoneziyada özü üçün yeni bir din gətirdiyini iddia etdi. Çəmşid Məanı adlı bu iranlı gənc özünə “Səmullah” adını verərək “İnsan” adında bir kitab yazdı. Bu gün Cəmşid Məaninin İndoneziyada, Pakistanda və ABŞ-da bəzi tərəfdarları vardır. Göründüyü kimi, Bəhailikdə qısa zəmin ərzində həm rəhbərlik uğrunda, həm də kəskin fikir ayrılığı ucbatından ciddi parçalanmlar və çoxlu firqələr olmuşdur.
Image result for Şövqü Əfəndi bəhailərin rəhbəri
– Bəhailər siyasətə qarışmadıqlarını bildirirlər, sizsə Bəhailərin qərbin əsas siyasətinin bir parçası olduğunu iddia edirsiniz…
– Bəli, Bəhailər hər nə qədər siyasətə qarışdıqlarını inkar etsələr də, Bəhailik qərb ölkələrin əsas siyasətinin bir parçasıdır. Bəhai böyüklərinin tarix ərzində daima siyasətin içərisində, siyasi şəxslərlə isti münasibəti, siyasətə müdaxilə etmələri görünmüşdür. Əbdül Bəhanın qərb səfərlərini buna misal göstərmək olar. Bu səfərlərdən xüsusilə ABŞ səfərini və orada olan siyasi liderlərlə görüşünü qeyd etmək olar.
Əbdül Bəha 12 Noyabr 1912-ci ildə J.P. Morganın görüşünə getmişdi. New York Times qəzetinin 12 Noyabr buraxılışında “Peyğəmbər Morgana dua etdi” başlığı ilə belə yazır: “Ey səxavətli cənab! Şübhəsiz bu məşhur şəxsiyyət böyük xeyriyyəçilik işləri görmüşdür.” Daha sonra əlavə edərək, “ona xitabən, onun hər iki aləmdə xoşbəxt və sevincli olmasını dua etmişdir.”
Qeyd edim ki, John Pierpont Morgan (17 Aprel 1837-31 Mart 1913) 1-ci Dünya Müharibəsindən əvvəl ABŞ-ın ən böyük bankir və maliyəçisi olub. 1871-ci ildə Nyu-York şəhərindəki Drexel, Morgan və Companyinin şəriki olub. Qısa vaxt ərzində ABŞ hökümətinin ən önəmli maliyyə dəstəkçisi vəziyyətinə gələn şirkət 1895-ci ildə J.P. Morgan and Company adını alaraq dünyanın ən güclü bankirlik sektorlarına daxil olub. 1913-cü ildə 1-ci Dünya Müharibəsi ərəfəsində müttəfiqlərinin maliyyə ehtiyaclarının ödənilməsində önəmli rol oynayıb. Müharibədən sonra da Avropanın yenidən inşası üçün 1.7 milyon dollar həcmində kredit verib.
Bu cür onlarla faktlar göstərmək olar ki, Bəhailik siyasətin nə qədər dərinlikərinə kimi getmişlər. Eyni zamanda Bəhai təmsilçiləri İsrailin baş naziri Ben-Gurion (eləcə də İsrailin 2-ci Prezidenti Yitzhak Ben-Zvi ilə) dəfələrcə gorüşüb. Bu görüşlərdə Bəhai təmsilçiləri İsrail hökümətinin göstərmiş olduqları kömək və əlaqədən ötrü dərin təşəkkürlərini bildirmiş, İsrailin inkişafının “bütün bəhailərin arzusu” olduğunu elan etmişlər. (Əmr jurnalı N5, səh. 14-15)
Əlavə olaraq onu qeyd edim ki, Bəhai liderlərindən olan Ruhiyə Maksvel İsraildə mətbuat konfransında belə demişdi: “Mən istəyirəm ki, dünyanın ən gənc dini olan Bəhailik dünyanın ən gənc ölkəsində, yəni İsraildən yayılma hərəkətinə başladılsın!!! Biz bura bağlıyıq. Bizim gələcəyimiz və İsrailin gələcəyi bir birinə “bir zəncir halqaları” kimi bağlıdır. (Əmr jurnalı N1, 1961)
Bu faktlar bir daha onu göstərir ki, Bəhailik siyasətlə iç-içədir və onun ayrılmaz hissəsidir. Bununla da Bəhailiyi siyasətsiz təsəvvür etmək mümkün deyil.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın