Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Onu ailəsi ilə təhdid edib narkotik ittihamına razılaşmağa məcbur ediblər” – Video

“Onu ailəsi ilə təhdid edib narkotik ittihamına razılaşmağa məcbur ediblər” – Video

İnanclı fəal, Müsəlman Birliyi Hərəkatının üzvü Rövşən Əliyev mayın 12-də yaşadığı Bilgəh qəsəbəsində həbs olunub.
“Meydan TV” bu barədə məlumat yayıb. Anası Zəhrəxanım Əliyevanın sözlərinə görə, onu ailəsi ilə təhdid edib narkotik ittihamına razılaşmağa məcbur ediblər. Zəhraxanım Əliyeva deyir ki, narkotik ittihamı ilə həbs olunan oğlu Rövşən Əliyev 2021-ci ildə Bilgəh qəsəbəsində narkomaniyaya qarşı mübarizə apardığına görə onu oğurlayıb, 3 gün ailəsindən gizlədiblər. Qəsəbə sakinlərinin etirazından sonra onu sərbəst buraxıblar. Anası deyir ki, Rövşəni elə ondan sonra izləməyə başlayıblar. Rövşən Əliyev Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham edilir. Mayın 14-də Sabunçu Rayon Məhkəməsində onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Rövşən Əliyev 2023-cü ilin yanvar ayında 30 günlük inzibati cəza alıb. Müsəlman Birliyi Hərəkatından verilən məlumata görə o, 20 Yanvar Şəhidərini ziyarət edərkən dini şüarlar səsləndirdiyinə görə saxlanılıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …