Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Ölüm hadisəsinin baş verdiyi ticarət mərkəzinin adı bilindi – “Yakamoz”a qalxan lift

Ölüm hadisəsinin baş verdiyi ticarət mərkəzinin adı bilindi – “Yakamoz”a qalxan lift

Paytaxtda ticarət mərkəzində lift təmiri zamanı 28 yaşlı işçi ölüb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalıb.  28 yaşlı gənc yerindəcə keçinib.

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azinforum.az-a bədbəxt hadisənin baş verdiyi ticarət mərkəzinin adı məlum olub. Əldə etdiyimiz dəqiq məlumata görə, hadisə  Xətai rayonu ərazisində yerləşən “AMAY” ticarət mərkəzində baş verib. Bədbəxt hadisənin baş verdiyi liftdən  əsasən  “AMAY Abdulla” kimi tanınan iş adamının yeni açdığı “Yakamoz” adlı restorana qalxmaq üçün istifadə edilirmiş.

Çinarə,

Azinforum.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …