Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Ölənlərin adları açıqlandı – İkisi ana-bala imiş… + Fotolar

Ölənlərin adları açıqlandı – İkisi ana-bala imiş… + Fotolar

Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
Hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.(Teleqraf.com)
***
Ölənlərdən ikisi Bakı Humanitar Kollecinin tələbəsidir.
Mələk Abbasova və Turanə Xanlayeva adlı qızlar 2ci kursda təhsil alırmışlar. Digər ölənlərin isə tələbələrin qohumları olduğu deyilir.
***
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, ölən tələbələr günorta növbəsində oxuyublar.
***
Tələbələrdən başqa ölən hər 3 şəxs Balakən rayonundan olan Turanə Xanlayevanın qohumları olub. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Beləliklə, ölənlərdən ikisi məhz Turanə Xanlayevanın xalası və xalası qızıdır.
***
Ölən digər şəxslərin adları: 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı.
Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.
***
Məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları evin pəncərəsinin şüşəsini sındıraraq evə daxil ola biliblər.(Qafqazinfo)
Ölənlərin adları açıqlandı -  İkisi ana-bala imiş... + Fotolar

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın