Ana səhifə / Gündəm / Ocaqov niyə Qazıyevlərin evində qalırdı? – Foto

Ocaqov niyə Qazıyevlərin evində qalırdı? – Foto

Alimlərin mülahizələrinə əsasən, “Şəki” adı e.ə. 7-ci əsrdə Qara dənizin şimal sahillərindən Dərbənd keçidi vasitəsi ilə Cənubi Qafqaza gələn sak tayfalarının adı ilə bağlıdır. Saklar burada ən yaxşı torpaqları tutaraq “Saksena” adı veriblər. Şəki şəhəri də bu əraziyə daxil olub.

Relyef müxtəlifliyi şəhərin arxitekturasında özünü göstərir. Küçələrin bir çoxu şimal yüksəkliyinin relyefinə paralel salınıb. Mərkəzi hissənin və əsas küçənin salınmasında isə Gürcənçay və Dəyirman-arxı çaylarının istiqamətləri nəzərə alınıb. Bu 1862-ci ildə hazırlanmış plana əsasən həyata keçirilib.

Bu plana əsasən Şəki bir neçə kvartal və məhəllələrə bölünüb – Çaqqal dərəsi, Giləli, Dodu, Otaq eşiyi, Bağbanlar, Ağvanlar və s. Bura şəhərin qədim yaşayış məskənləridir. Buradakı tikililərin ən azı yüzdən çox yaşı var. Misal olaraq Ağvanlar küçəsindəki 35 saylı evi göstərmək olar.

Gülnaz xanım Qazıyevanın bu evin tarixçəsi haqqında Axar.az-a bunları deyib:

“Bu ev 1876-cı ildə tikilib. İki mərtəbədən ibarətdir. 140 illik tarixi var. Tikintisində çay daşı və bişmiş kərpicdən istifadə olunub. Qışda bayıra çıxmamaq üçün yuxarı mərtəbə ilə aşağı mərtəbəni birləşdirən pilləkən var idi. Sonra o pilləkəni sökdük.

Yuxarı mərtəbədə otaqları isitmək üçün böyük sobalar var. Bu sobalar yananda eyni anda iki otaq isinir. Odun, ya da kömürlə yanır. İçərisi dalğavari hörüldüyü üçün qazdan istifadə etmək olmaz, yəni boğulma halı yarana bilər.

Alt mərtəbənin döşəməsi yayda sərin olsun deyə bişmiş kərpiclə hörülüb. Bu, həm də evi qışda isti saxlayır. Tikildiyi vaxtdan əsaslı təmir olunmayıb. Sütunlar, döşəmə, tavan – hər şey olduğu kimi qalıb. Buna baxmayaraq, öz keyfiyyətini itirməyib.

Evin həyətində kanalizasiya quyusu var idi. Saxsı turbaların içindən su axırdı. Zibili həmin quyuya tökürdük və həmin dəqiqə yox olurdu. Heç kim o kanalizasiya quyularının hara axdığını bilmirdi. Sonrakı şəhərsalmada həmin saxsı turbalar sındığı üçün quyular torpaqla dolduruldu”.

Bu evin başqa özəlliyi də odur ki, görkəmli rejissorumuz Rasim Ocaqov bu evdə ata-anası ilə kirayə yaşayıb. Rasim Ocaqovun 10 yaşı olanda ev sahibi evi Qazıyevlərə satıb. Lakin Rasim Ocaqov üçün bu ev öz doğmalığını itirməyib. O, Şəkiyə gedərkən öz evi olmasına baxmayaraq, Qazıyevlərə qonaq gəlib, burada qalırdı. Təəssüf ki, onun barelyefi bu evə vurulmayıb.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın