Ana səhifə / Gündəm / “Nikoil Bank”- da müdhiş FIRILDAQ – Şikayət

“Nikoil Bank”- da müdhiş FIRILDAQ – Şikayət

Sumqayıt şəhər sakinin Məmmədov Salman İbrahim oğlu “NİKOİL BANK ASC”-nin Sumqayıt filialı tərəfindən başına gətirilən müsibətlə bağlı Strateq.az-a şikayət ünvanlayıb. Həmin məktubu sözügedən bankın da cavab haqqını tanımaq şətilə olduğu kimi təqdim edirik:

“Mən, Məmmədov Salman İbrahim oğlu 11.12.2014-cü il tarixində “NİKOİL BANK ASC”-nin Sumqayıt filialından özəlləşdirilmiş şəxsi mənzilimin girov qoyulması müqabilində 21.600 ABŞ dolları məbləğində kredit götürmüşəm. Götürülən kredit məbləğinə görə aylıq ödənişləri də hər ay ödəmişəm. 2015-ci ilin mart ayında aylıq ödənişi həyata keçirmək istədiyim zaman, həmin bankın səlahiyyətli işçisi Fərhadov Vüsal Əsəd oğlu məndən və oğlumdan 520 AZN və 438 AZN aldı və bildirdi ki, ABŞ dollarının kursu hələ müəyyən olunmayıb və may ayında AR Konstitusiya Məhkəməsi bu işə baxacaq. O zaman qəbul ediləcək qərara əsasən mən özüm ödənişi müəyyənləşən faizlə (kursla) ödəyəcəm. Vüsal Fərhadov bizə heç bir qəbz vermədi. Sonra məlum oldu ki, V.Fərhadov bizdən qəbul etdiyi ümumilikdə 958 AZN ödənişi mənimsəyib, əvəzində bizim hesabda olan depoziti icazəsiz götürərək ödəniş edib. Bu günlərdə məlum olub ki, V.Fərhadov bizimlə yanaşı daha bir neçə nəfəri aldadaraq Türkiyəyə qaçıb. “NİKOİL BANK”-ın rəhbərliyi isə işçisinin bu məsuliyyətsizliyindən boyun qaçıraraq cinayəti ört basdır etməklə müştərilərinə etinasız yanaşır. Bizə bildirirlər ki, gedin özünüz V.Fərhadovdan pulunuzu tələb edin. V.Fərhadov mənim ödənişlərimi qeydiyyata salmadığına və nəticədə aylıq ödəniş gecikmələri yarandığına görə, bank əməkdaşları mənim mənzilimi Məhkəməyə verməklə hədələyir. Bildirirlər ki, mənzil İpoteka müqaviləsində göstərilən qiymətdən də aşağı qiymət ilə satışa çıxarılacaq. Bu halın baş verməsindən narahat olaraq biz ödədiyimiz məbləği yenidən banka köçürməli olduq. “NİKOİL Bank”ın Sumqayıt filialında baş vermiş bu qanunsuzluqla bağlı iyun ayının 23-də Respublika Prokurorluğuna, Mərkəzi Banka, ” NİKOİL Bankın” baş ofisinə və Sumqayıt şəhər polis idarəsinə ərizə ilə müraciət etsəm də, də bu istiqamətdə hələ ki, bir irəliləyiş yoxdur”.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın