Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Nazir generalın 20 qohumunu niyə işdən çıxarıb?

Nazir generalın 20 qohumunu niyə işdən çıxarıb?

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlunu və 20-yə yaxın qohumunu işdən çıxarıbmış.

Belə ki, “Unikal”ın əldə etdiyi məlumata görə, onların işdən çıxarılması Kəmaləddin Heydərovun əmlaklarından birinin Nazim Məmmədovun qardaşı arvadının adında olması və geri qaytarılmaması olub. 

Bildirək ki, bir neçə gün bundan əvvəl FHN rəhbəri Nazim Məmmədovun oğlunu nazirlikdəki işinə qaytarıb. 

Onu da qeyd edək ki, Nazim Məmmədov Kəmaləddin Heydərovun sürücüsü, sonradan isə Dövlət Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində müavini olub.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …