Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Natiq Kərimovun oğlu ifadə verməkdən imtina etdi – dövlətə xəyanət İttihamı

Natiq Kərimovun oğlu ifadə verməkdən imtina etdi – dövlətə xəyanət İttihamı

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, dövlətə xəyanət etməkdə təqsirləndirilən hər iki şəxsin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məgkəməsində baş tutub. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses qapalı olub.

Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edib. İlk şahid N.Kərimovun oğlu Kamran Kərimov olub. O, şahid qismində sərbəst ifadə verməkdən imtina edib. K.Kərimov yaxın qohumuna qarşı ifadə verməmək hüququndan istifadə edib.

Prosesin davamında digər şahidlər – Gülxanım Rəsulova, Ramiz Manafov, Nigar Ağayeva, Cavanşir Hüseynov, Səbuhi Səlimov, Məmmədağa Əliyev, Əki Zeynalov və Rauf Məmmədov dindirilib. Şahidlərin bəziləri Nardaran Ağsaqqallar Şurası və Azərbaycan İslam Partiyası tərəfindən 50-250 manat arasında yardımlar aldıqlarını söyləyiblər.

Növbəti məhkəmə prosesi martın 30-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Natiq Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək, dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirli bilinir.

2015-ci il yanvarın 6-da həbs edilən N.Kərimov barəsində yanvarın 19-da onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. İnqilab Əhədov da eyni maddə ilə təqsirli bilinərək həbs edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda həbsdədir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın