Ana səhifə / Gündəm / Nardaranın arxasında duran xarici dairələrin dini planları və Nardaran kartı…

Nardaranın arxasında duran xarici dairələrin dini planları və Nardaran kartı…

Arzu Nağıyev: “Söhbət hər hansı dini radikalizmdən gedirsə, son məqsəd dini qanunlarla idarə edilən dövlət yaratmaqdır”

“Son zamanlar dini radikalizmlə bağlı Azərbaycanda baş verən hadisələr də bu ssenari üzrə aparılır”

Bakı ətrafındakı qəsəbələrdən birində baş verən hadisə bütün dünyanın diqqətini cəlb etdi. Nəticədə məlum oldu ki, bir qrup radikal dindar dövlətin qanunlarına tabe olmamaq və öz niyyətlərini həyata keçirmək üçün məhz həmin qəsəbəni təsadüfən seçməyib.
Sən demə, radikalların öz təsiri altına saldığı həmin kənddə özləri üçün münbit zəmin və şərait formalaşdırıblar. Qəsəbədə kütləvi savadsızlığın və xurafatın hökm sürdüyü məlum oldu. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar zamanı qəsəbədə çoxlu sayda qanunsuz odlu silahın saxlandığı üzə çıxdı. Sonra isə müxtəlif şüarlar səsləndirildi. Hətta bəzi siyasətçilər və tanınmış şəxslər hadisələrin arxasında xarici faktorun olmasına dair iddialar irəli sürdülər.
Konkret ölkə adları da çəkilirdi. Səslənən ittihamlara ilk reaksiyanı İran dövləti verdi. İranın parlament sədri Əli Laricani Nardaranda baş verən hadisələrə münasibət bildirərkən dedi ki, Azərbaycanın daxilində baş verən hər bir hadisə bu dövlətə aiddir. Onun sözlərinə görə, İran və Azərbaycan arasında dost və qardaşlıq əlaqələri mövcuddur: “Hər iki ölkə uzun illərdir mehriban qonşuluq və dostluq şəraitində yaşayır. Biz eyni adət və ənənələrə malikik. Nardaranda baş verən hadisələr barədə eşitmişəm, bu, Azərbaycanın daxili işidir. Çox təəssüf ki, bəzi media orqanları bu məsələdə iki ölkə arasında gərginlik yaratmaq istəyir”.
Ölkəmizdə fəaliyyət göstərən İran səfirliyi isə yaydığı bəyanatda Nardaran hadisələrində təfriqçilərin əlinin olduğunu bildirdi.
Biz Nardaranla bağlı konkret hansısa dövləti günahlandırmaq istəmirik. Ancaq hadisələrin arxasında dini proseslərə müdaxilə adı ilə duran xarici qüvvələrin mövcudluğu və onların hansı məqsəd güdməsi ilə bağlı ekspertlərin fikrini öyrənmək istədik.
Tanınmış ekspert Arzu Nağıyevin fikrincə, söhbət hər hansı dini radikalizmdən gedirsə, son məqsəd dini qanunlarla idarə edilən dövlət yaratmaqdır: “Məhz bunun üçün də əsas qarşıya qoyulan səbəb və məqsəd hakimiyyəti ələ almaq, bunun üçün isə terror və təxribatlar yolu ilə qorxu hissi yaradıb güc nümayiş etdirmək və özünü tanıtdırmaqdır. Bu prosesləri həyata keçirmək üçün isə maliyyə dəstəyi, silah və sursat, təbliğat başlıca məsələdir. Təbii ki, bu proseslər daxildə olan iştirakçılarla yanaşı, həm də xaricdən olan qüvvələr, daha doğrusu, xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. Düşünürəm ki, burada eyni zamanda əsas məqam lider yetişdirməkdir, bu isə ən sədaqətli və həmin maraqlı dövlətə loyal şəxs olmalıdır. Hər ehtimala qarşı onun ətrafında müvafiq təlimatçı – istər əcnəbi, istərsə də yerli olur. Son zamanlar dini radikalizmlə bağlı Azərbaycanda baş verən hadisələr də bu ssenari üzrə aparılır. Təbii ki, hüquq-mühafizə orqanları müvafiq əməliyyatlar aparıb bunun qarşısını aldılar, lakin bundan sonra aidiyyəti qurumlar maariflənmə işini daha da gücləndirməlidir. Əks halda, proseslər başqa məcraya da yönələ bilir, təbii ki, qanunlar da möhkəmləndirilməli, icra mexanizmi çevik və davamlı olmalıdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın