Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Naqif Həmzəyev kimdir? YAP – sədri, millət vəkili, yoxsa…?

Naqif Həmzəyev kimdir? YAP – sədri, millət vəkili, yoxsa…?

Xatırladım ki, Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri vəzifəsində işləyir. 2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Bu şəxsin hazırda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri olmasına baxmayaraq müxalifətlə sıx işbirliyində olması haqqında redaksiyamıza məlumatlar daxil olmuşdu. Həmin məlumatları araşdırarkan ortaya çıxan faktlar Naqif Həmzəyevin gizli fəaliyyətini deşifrə edir. Deputatın keçdiyi həyat yoluna nəzər salanda onun Türkiyədə və Azərbaycanda böyük kök salmış “Gülənçi” şəbəkəsinin nümayəndələrindən biri olduğu üzə çıxır. Lakin, Naqif Həmzəyev şəbəkə ilə bağlılığını zaman-zaman inkar etmiş və ölkə rəhbərliyi tərəfindən isti qarşılanmayan şəbəkənin üzvü olduğunu gizlətməyə cəhd etmişdir.

Hazırda Gəncə seçicilərinin tapa bilmədikləri millət vəkilinin ölkədə müxalifət mediasına dəstək verməsi və maddi yardımlar erməsi barədə səslənən fikirlər reallığı əks etdirməkdədir. Bir il öncə Rəsulzadə haqqında səsləndirdiyi təhqiredici fikirlərdən sonra ölkənin müxalifət partiyaları və mediası ilə münasibəti gərginləşən Naqif Həmzəyev hədəfə alınmışdı. Hətta gərginlik məhkəmə salonlarına qədər daşınaraq mübahisələr böyümüşdü. Hadisələrin bu cür inkşafı bir çox mediada işıqlandırılmaqla yanaşı, millət vəkili bir sıra dövləti xəyanətlərdə ittiham olunurdu. Rəsulzadə haqqında səsləndirdiyi fikirləri danmağa cəhd edən deputatı səs yazısının olması ilə hədələyənlər az deyildi və onlar müxalifətin öndə gedən simaları idi.

Lakin, Naqif Həmzəyev haqqında başlanan kampaniya hamının gözü qarşısında ani olaraq dayandırıldı. Həmzəyevi suçlayan müxalifət isə məhkəmə çəkişmələrindən imtina edərək gənc deputatı “bağışladı”.

Bu hadisələrdən sonra bir sıra suallar meydana çıxmışdı. YAP-ın şöbə sədri olan Naqif Həmzəyev haqqında və qanunsuz hərəkətləri barədə aparılan mübarizə niyə soyudu və millət vəkilinı qara olmayan gözünə görə niyə bağışladılar. İlk öncə qeyd etməliyəm ki, Naqif Həmzəyev YAP sədri olduğu şəhərdə daim radikal müxalifətlə işbirliyində olub və onlara dəstək verməkdən çəkinməyib. Lakin onun önə çəkilməsində maraqlı olan qüvvələr bu həqiqətləri yuxarı eşalondan gizlətməyə nail olublar.

Lakin, hazırda Naqifin YAP şöbə sədri olaraq müxalifəti və onun mediasını maliyyələşdirməsini diqqətlərdən yayındırmaq mümkün deyil. Millət vəkili aşikarə maddi yardım göstərdiyi müxalifət mediasında istədiyi yazını da sifariş edə bilir. Müxalifətlə işbirliyinin qurulmasını Gəncə şəhər icra başçısı Elmar Vəliyevin tapşırığı ilə etdiyini söyləyən deputatın məqsədi bəllidir.

Özünə hər cəbhədə yer edən Naqif Həmzəyev qüsurlu fəaliyyətini də ictimaiyyətdən gizlədə bilir. Onun radikal müxalifət mətbuatı ilə qardaşlıq münasibəti Gəncə şəhər rəhbərliyini narahat edir ya yox deyə bilmərik. Əgər bu tapşırıq həqiqətən şəhər rəhbərliyindən gəlibsə onda deputatın YAP-a olmasada rəhbərinə sadiqliyini qeyd etməliyik. Və bu xəyanətin Naqif Həmzəyevi aşdığını söyləməliyik.

Naqif Həmzəyevin seçiciləri ilə görüşmədiyi halda mediada bu barədə fikirlər səsləndirməsi və təbliğatını qurması müxalif mətbuatın xoş xəbərlərini təşkil edir. Rəsulzadəni təhqir edib sonra kirli pulları ilə hamını susduran deputatın hansı medianı maliyyələşdirdiyi haqqında faktları növbəti yazımızda diqqətinizə çatdıracağıq.

Naqif Həmzəyevin muxalifətlə işbirliyi və onların media orqanlarına maddi yardım göstərməsi ilə yanaşı bəzi saytlara rəhbərlik etməsi də gündəmə gəlib. Ölkə mediasında dediklərini az zaman keçəndən sonra təkzib etməyə vərdiş edən deputatın müxtəlif şəxslər vasitəsilə yaratdığı saytlarda bəzi məmurlar şantaj olunmaqdadır. Hərçənd ki, dəfələrlə deputat saytların ona aid olmadığını önə çəkir və faktları inkar edir. Amma unudur ki, həqiqət çox gizli qala bilməz və ifşa olunması qaçılmazdır.

Bizi izləyin.

İkram Rafiqoğlu

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın