Ana səhifə / Gündəm / Müəllimlər İnstitutunun dəftərxana müdirinin müəmmalı intiharı…

Müəllimlər İnstitutunun dəftərxana müdirinin müəmmalı intiharı…

Azərbaycan Müəllimlər İnstitutunun dəftərxana müdiri, əvvəllər həmin institutda metodist işləmiş İsmayılov Eldəniz Əşrəf oğlu intihar edib.
Cebhe.info-ya daxil olan məlumata görə, hadisə bir neçə gün bundan əvvəl baş verib. Nərimanov rayon sakini, 1951-ci il təvəllüdlü Eldəniz İsmayılovun intihar faktı ilə əlaqədar cinayət işi açılıb, istintaq aparılır.
Məlumatlara görə, onun yaxın ətrafı, xüsusilə Müəllimlər İnstitutunun əməkdaşları intihar faktı ilə əlaqədar ifadə vermək üçün  DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılır. Buna səbəb kimi isə İsmayılov Eldəniz Əşrəf oğlunun adının Müəllimlər İnstitutu ətrafında yaranmış saxta diplom qalmaqalı ilə bağlı sözügedən idarədə aparılan araşdırmada hallanması göstərilir.
Qeyd edək ki, Eldəniz İsmayılov bundan öncə bir dəfə də intihara cəhd edib. Belə ki, rəsmən təsdiqlənmiş məlumatlara görə, sentyabrın 18-də Eldəniz İsmayılov yaşadığı evdə hər iki qolunun damarlarını doğrayıb. Təcilli olaraq xəstəxanaya çatdırılan E. İsmayılovun vəziyyəti ağır olsa da, həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. O zaman mətbuatda yayılan xəbərlərə görə, istintaq intihara cəhdin səbəbini qismən araşdırıb.
“Məlum olub ki, İsmayılovun oğlu qəbul imtahanlarını verə bilməyib. Amma ata nəyin bahasına olursa-olsun, oğlunu instituta düzəltmək qərarına gəlib. Bu məqsədlə o, yerli universitetlərdən birinin müəllimi ilə tanış olub, müəllim ondan oğlunu tələbə etmək üçün 20 000 manat istəyib. İsmayılov tələb edilən məbləği verib, oğlu isə tələbə ola bilməyib. Bundan başqa İsmayılova həmin məbləği geri verməyiblər. Hal-hazırda Nərimanov rayon prokurorluğu fakt üzrə araşdırma aparır, İsmayılovun kimə və hansı şəraitdə 20 000 manat verdiyini müəyyən etməyə çalışır”, – deyə bu barədə yayılan xəbərlərdə bildirilib.
Sentyabrın 18-də intihar etməyə cəhd edən, ancaq həyatı xilas edilən dəftərxana müdiri ikinici cəhddə məqsədinə nail olub. Bu isə, Eldəniz İsmayılovun intiharının səbəbləri haqqında müxtəlif versiyaların irəli sürülməsinə təkan verib. Belə ki, Eldəniz İsmayılovun da saxta diplom qalmaqalı ilə bağlı DİN-də aparılan araşdırmaya cəlb edildiyi və buna görə son aylar olduqca gərgin vəziyyətdə olduğu vurğulanır.
Müəllimlər İnstitutundan da Eldəniz İsmayılovun intihar etməsi barədə məlumatı Cebhe.info-ya təsdqiləyiblər. İnstitutun Mətbuat və İnformasiya Şöbəsinin müdiri Nurəddin İbrahimov Cebhe.info-ya onun hansı səbəbdən intihar etdiyindən xəbərsiz olduğunu deyib.
Onun sözlərinə görə, Eldəniz İsmayılov birinci dəfə intihar edəndən sonra öz xahişi ilə işdən çıxmaq haqda ərizə təqdim edib: “Bir müddət əvvəl Eldəniz intihar edib damarlarını kəsmişdi. İntihardan sonra özünə gəlib və İnstituta gəldi ki, mən işdən çıxıram. “İşləyə bilmirəm”-deyə çıxıb gedib. O, uzun müddətdir ki, İnstitutda çalışırdı və bir il idi ki, şöbə müdiri olmuşdu. Çox hörmətli bir şəxs olub. Ona heç yerdən təzyiq olmayıb, nə təzyiq ola bilər ki..?”

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın